hemle

Koronavirus böhranı ona 24 milyard qazanc gətirdi

Tarix:28-04-2020, 18:57
Baxış Sayı:388

Koronavirus pandemiyası bütün dünyanı maddi zərərə salsa da bəzilərinin işinə yarayıb. Əksər ölkələrdə tətbiq edilən karantin səbəbindən internet üzərindən onlayn ticarət xeyli genişlənib.

Moderator.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da yerləşən “Amazon” onlayn alış-veriş şirkətinin səhmləri 5.3 faiz yüksəlib. Buna görə də şirkətin yaradıcısı Ceff Bezosun sərvəti qısa müddətdə 24 milyard dollar artıb. Bezosun şirkət hissələrinin 11 faizinə sahib olduğu bildirilir.

“Bloomberg” milyarderlər indeksində Bezosun sərvətinin 138 milyard dollara çatdığını bildirib.

Artan tələbləri qarşılamaq məqsədilə “Amazon” təkcə ABŞ-da 170 min yeni işçi götürəcəyini bəyan edib.

Digər tərəfdən şirkət son günlərdə əməkdaşlarının sağlığına diqqətli yanaşmamasına görə tənqid edilir.

Digər xəbərlər
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək
18:40 "Ermənistanın ərazilərimizi minalaması səbəbindən 397 nəfər həlak olub"
18:34 Uşaqları dilənçiliyə kimlər vadar edir? - Konkret yerlər var ki...
18:30 Kəlbəcər sakini Goranboyda minaya düşdü
18:26 Nazirlikdən xəbərdarlıq: Bu yolla çirkli pulların yuyulmasının iştirakçısı ola bilərsiniz
18:22 Saleh Səmədovu DTX həbs etdi - YENİLƏNDİ