hemle

Dünya 1-2 ildən tez olmayaraq normal həyata qayıdacaq - Bill Qeyts

Tarix:28-04-2020, 10:03
Baxış Sayı:427

Koronavirus pandemiyası fonunda tətbiq olunan məhdudiyyətlərin ləğvi normal həyata qayıdış anlamına gəlməyəcək - bu, bir ildən və ya hətta iki ildən sonra olacaq.

Trend-in məlumatına görə, bu fikri xeyriyyəçi və Microsoft korporasiyasının qurucularından biri Bill Qeyts Le Figaro qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, biz normal həyata bir ya da iki ildən tez olmayaraq qayıdayacağıq:

"Test və izləmə sisteminin vasitəsi ilə infeksiya sahələrini tez bir zamanda müəyyən edə və onlara nəzarət edə bilərik. Ancaq tamamilə normal fəaliyyətə qayıtmayacağıq, çünki insanlar yoluxma ehtimalı ilə əlaqədar çox narahat olacaqlar və davranışlarını kəskin şəkildə dəyişdirəcəklər".

Sahibkarın fikrincə, müalicə metodları üzərində iş son dərəcə vacibdir və davam etməlidir, bununla birlikdə peyvəndlərin inkişafı normal həyata qayıtmaq üçün əsas addım olmalıdır.

"Peyvəndin hazırlanması üçün demək olar ki, bütün işlər özəl sektorda aparılır və biz [Bill və Melinda Qeyts fondu] neytral oyunçu olduğumuzdan və bütün mütəxəssislərlə əlaqə qurduğumuzdan (şirkətin əksər rəhbərləri ilə əlaqə saxlayıram), onların istehsal müəssisələrinin təqdim etmələrini xahiş edirik. Onlardan 7 milyard doza, bəlkə də 14 milyard doza peyvənd istehsalının mümkünlüyünü nəzərdən keçirmələrini xahiş edirəm".

Digər xəbərlər
09:28 300 minə yaxın insanın Məkkəyə girişi QADAĞAN EDİLDİ
09:25 Pensiya yaşına görə G20 REKORDU MÜƏYYƏNLƏŞDİ
09:19 Azərbaycanda bu telekanalın yayımı dayandırıldı
09:16 Əhaliyə XƏBƏRDARLIQ: 1000 kilometr sürətlə YERƏ YAXINLAŞIR
09:12 Alça yedikdən sonra bunlara diqqət edin
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...