hemle

Araz Ağalarov dövlətdən dəstək istədi: Gəmim batır..

Tarix:21-04-2020, 19:20
Baxış Sayı:447

Azərbaycan əsilli Rusiya milyarderi Araz Ağalarov dövlətdən yardım istəyir.

Musavat.com xəbər verir ki, bu barədə milyarder özü RBK nəşrinə müsahibəsində danışıb.

Crocus Group-un sahibi bildirib ki, hazırda onun biznesi batan gəmini xatırladır. Bu şəraitdə aprel ayı üzrə işçilərə əmək haqqı ödəmək üçün pullarının çatmayacağını bildirən biznesmen dövlətdən Əlavə Dəyər Vergisinin azaldılmasını xahiş edib.

A.Ağalarovun sözlərinə görə, Crocus Group-da 15 min nəfər işləyir. Onların əmək haqqını ödəmək üçün 1 milyard rubla yaxın vəsait lazımdır.

Hazırda qrupun “Sənin evin” mağazalarından başqa bütün obyektləri fəaliyyətini dayandırıb: “15 min sərnişini olan gəmi kapitanın gözləri önündə yavaş-yavaş dibə gedir. Kapitan isə hətta gəmiyə dolan suyu çəkə bilmir, buna sadəcə, imkan vermirlər”.

Biznesmen qeyd edir ki, yeni borclanmaya getməklə şirkəti daha 1 ay da davam gətirə bilər. Lakin onun sözlərinə görə, digər bir çox şirkətlər kimi, Crocus Group-un da öz fəaliyyətini davam etdirməsi üçün Rusiyada ən azı 2 ay müddətində vergilər unudulmalıdı.

Qeyd edək ki, 2018-ci ildə Crocus Group-un gəliri 60 milyard rubl olub. Hazırda A.Ağalarov 1,7 milyard dollarlıq sərvəti ilə Forbes-in reytinqində 55-ci yerdədir.

DÜNYA,
Musavat.com

Digər xəbərlər
16:40 Ümumdünya Əməyin Mühafizəsi Günü “Azəriqaz” İB-də qeyd olunub
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA