hemle

"Azəriqaz" İB ötən gündən gücləndirilmiş iş rejiminə keçib

Tarix:Dünən, 18:27
Baxış Sayı:602


SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi havaların kəskin dəyişməsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Bu, abonentlərimizin soyuq hava şəraitində hər hansısa problemlə rastlaşmamasına əsaslanıb. Hər il Birlik tərəfindən may ayından etibarən noyabr ayınadək payız-qış mövsümünə hazırlıq işləri həyata keçirilir. Bunlara qaz tənzimləyicilərin quraşdırılmasını və əvəz olunmasını, qaz xətlərinin dayaqlar üzərinə qaldırılmasını, boruların rənglənməsini, həmçinin qaz kəmərlərinin kipliyə yoxlanılmasını misal göstərmək olar. Bütün bu görülən işlər ona əsas verir ki, abonentlərimiz soyuq hava şəraitində heç bir ciddi problemlə üzləşməyəcəklər. Havaların kəskin dəyişməsinə baxmayaraq təbii qazın qəbulu və pərakəndə satışında heç bir problem yoxdur. Baş verə biləcək istənilən fors-major hallara hazırıq. Məlumat üçün bildirək ki, Birliyin 104 Çağrı Mərkəzi də fasiləsiz olaraq gücləndirilmiş iş rejimində çalışır.

Ətraflı video materialda:

Digər xəbərlər
11:07 Omeqa-3 bu xəstəliklərdən QORUYUR
11:06 Bu ölkədə insanlar 840 dildə DANIŞIR
10:54 Bakının bu hissəsində evlər ucuzlaşacaq
10:49 "Deməli, minalar rus hərbçilər bölgədən getdikdən sonra Xocalı ətrafında basdırılıb"
10:41 DYP sürücülərə müraciət etdi
10:30 Bu, Ermənistanın təmas xəttindən çox uzaqlarda mina yerləşdirdiyinin sübutudur - XİN
10:24 Bəsirət gözünün açılması: Tehran dostu düşməndən ayırmağa başlayır?
10:15 Universitetlərə ərizə qəbulunun qiyməti dəyişib?