hemle

Bu, Ermənistanın təmas xəttindən çox uzaqlarda mina yerləşdirdiyinin sübutudur - XİN

Tarix:Bu gün, 10:30
Baxış Sayı:445

Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.

Bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X”dəki hesabında Xocalı rayonunun Ulubaba kəndi ərazisində mina partlayışı ilə paylaşımında yer alıb.

Qeyd edilir ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsi başa çatdıqdan bu günə kimi qurbanların sayı 383 nəfərə çatıb.

Hadisə yeri Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox uzaqlara mina yerləşdirməsinə bir daha sübutdur.

Böyük neqativ humanitar təsiri və davamlı minalarla çirklənmənin sülh və barışıq səylərinə problem yaratdığını nəzərə alaraq, Azərbaycan minalardan təmizləmə səylərində beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinə ümid edir.

Digər xəbərlər
13:58 Əhaliyə xəbərdarlıq: pik həddə olacaq
13:55 Xocalıda minaya düşən şəxsin vəziyyəti açıqlandı
13:52 Sabah 24 dərəcə şaxta olacaq
11:07 Omeqa-3 bu xəstəliklərdən QORUYUR
11:06 Bu ölkədə insanlar 840 dildə DANIŞIR
10:54 Bakının bu hissəsində evlər ucuzlaşacaq
10:49 "Deməli, minalar rus hərbçilər bölgədən getdikdən sonra Xocalı ətrafında basdırılıb"
10:41 DYP sürücülərə müraciət etdi