Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu fevralın 21-də saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.