hemle

"Deməli, minalar rus hərbçilər bölgədən getdikdən sonra Xocalı ətrafında basdırılıb"

Tarix:Bu gün, 10:49
Baxış Sayı:440

Xocalıda mina partlayışı o deməkdir ki, erməni separatçılar Azərbaycan Ordusunun antiterror əməliyyatı zamanı təcili bölgəni tərk edərkən çıxdıqları ərazilərdə minalar basdırıblar.

Bu sözləri politoloq Elxan Şahinoğlu Xocalıda mina partlaması nəticəsində Qarabağ müharibəsi veteranı Nağı İmanovun yaralanması və ayağının amputasiya edilməsi barədə bildirib.

O qeyd edib ki, Xocalı işğal dövründə təmas xəttində yerləşməyib, həmin ərazidən özləri də istifadə etdiyindən minaları Azərbaycan Ordusu ilə ayırıcı ərazilərdə basdırmışdılar:

"Digər tərəfdən 9 noyabr 2020-ci il bəyanatına görə, rusiyalı sülhməramlılar Xocalıda yerləşmişdilər. Rus hərbçilərin orada olduğu müddətdə Xocalıda mina partlayışı qeydə alınmamışdı. Deməli, minalar rus hərbçilər bölgəni tərk etdikdən sonra Xocalı ətrafında basdırılıb.

Ümumiyyətlə, separatçılar İkinci Qarabağ müharibəsindən sonra da Qarabağın müxtəlif istiqamətlərində minalar yerləşdiriblər. Rusiyalı hərbçilər minaların Ermənistandan Qarabağa daşınmasında separatçılara yardım ediblər. Bunun nəticəsidir ki, 2020-ci il müharibəsinin sonundan bu yana qurbanlarımızın sayı 383 nəfərə çatıb. ANAMA-nın işi çoxdur".

Digər xəbərlər
13:58 Əhaliyə xəbərdarlıq: pik həddə olacaq
13:55 Xocalıda minaya düşən şəxsin vəziyyəti açıqlandı
13:52 Sabah 24 dərəcə şaxta olacaq
11:07 Omeqa-3 bu xəstəliklərdən QORUYUR
11:06 Bu ölkədə insanlar 840 dildə DANIŞIR
10:54 Bakının bu hissəsində evlər ucuzlaşacaq
10:49 "Deməli, minalar rus hərbçilər bölgədən getdikdən sonra Xocalı ətrafında basdırılıb"
10:41 DYP sürücülərə müraciət etdi