hemle

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Tarix:9-04-2024, 20:00
Baxış Sayı:599

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104 Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər. Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) əməkdaşları 10.04.2024 - 14.04.2024-cü il tarixlərində saat 10:00-dan 14:00-dək BRQSD-nin inzibati binası, Xəzər və Qaradağ xidmət sahələrində xidmət göstərəcəklər. Həmçinin 10.04.2024 - 13.04.2024-cü il tarixlərində saat 10:00-dan 14:00-dək Sabunçu və Abşeron xidmət sahələrində əsasən itirilmiş və ya zədələnmiş smart kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməlliyyatların icrası təmin ediləcək.
Məlumat üçün bildirək ki, “ASAN Kommunal” mərkəzləri 13.04.2024-cü il tarixindən tam şəkildə fəaliyyətinə davam edəcək.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ