hemle

Qazlar kəsiləcək? - Rəsmi AÇIQLAMA

Tarix:Dünən, 15:06
Baxış Sayı:472

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ötən gündən etibarən ölkədə soyuq hava şəraiti və havanın kəskin sürətdə pisləşməsi ilə bağlı olaraq bütün növbədənkənar işçi heyətinin işə cəlb olunması prosesini həyata keçirib.

Bunu açıqlamasında "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev deyib.

Onun sözlərinə görə, bu, onunla əlaqədardır ki, soyuq hava şəraitində abonentlər hər hansı bir problem yaşamasınlar: "May ayından etibarən hər il "Azəriqaz" İstehsalat Birliyi olaraq biz payız-qış mövsümünə hazırlıq prosesini icra edirik. Bu proseslər çərçivəsində yeraltı qaz xətlərinin yerüstü laylar üzərinə qaldırılması, korroziyaya uğramış qaz borularının yeniləri ilə əvəz olunması və sızmaların vaxtından aşkar olunması kimi tədbirlər həyata keçirilib. Bütün görülən işlər onu deməyə əsas verir ki, "Azəriqaz" olaraq biz abonentlərə söz vermişik ki, bu soyuq hava şəraitində heç bir ciddi problemlərlə üzləşməyəcəklər".

O qeyd edib ki, hər hansı bir ərazidə müəyyən mənada qazın təzyiqinin aşağı düşməsi kimi lokal problemlərin olması mümkündür: "Bu zaman belə bizim əməkdaşlar dərhal baş vermiş hadisəyə reaksiya verir və bu cür lokal problemlərin aradan qaldırılması istiqamətində əllərindən gələni edirlər. Abonentləri əmin edə bilərəm ki, bu soyuq hava kütləsinin mövcud olduğu günlərdə onlar ciddi problemlər yaşamayacaq".

E. Vəliyev həmçinin bildirib ki, 24 saat ərzində növbəlilik prinsipi ilə çalışan qurumun 104 qəza xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, gələn zənglərin vaxtında cavablandırılması və problemlərin aradan qaldırılması üçün işçi heyətinin sayı da artırılıb.

Digər xəbərlər
18:29 "Azəriqaz" İB-nin baş direktoru İsmayıllı rayonunda 50-yə yaxın vətəndaşı qəbul edib
18:27 "Azəriqaz" İB ötən gündən gücləndirilmiş iş rejiminə keçib
17:15 "Azəriqaz" İB ötən gündən gücləndirilmiş iş rejiminə keçib
15:09 Bu gün avtobuslar bu saata qədər işləyəcək - XƏBƏRDARLIQ
15:06 Qazlar kəsiləcək? - Rəsmi AÇIQLAMA
15:04 Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun - Buzlu yollarla əlaqədar piyadalara TÖVSİYƏLƏR
14:53 Yol polisi piyadalara müraciət etdi
14:49 Avtobusların hərəkətində gecikmələr var - AYNA