hemle

Meymunçiçəyi cinsi yolla keçir: Ölkəyə gəlib-gedənlərdən məcburi test götürülə bilər

Tarix:Dünən, 21:18
Baxış Sayı:455

 

Azərbaycanda ilk dəfə meymunçiçəyinə yoluxma faktını aşkarlayan, dermatoloq, uzman həkim Mehdi İskəndərli Lent.az-a açıqlamasında meymunçiçəyi virusunun cinsi yolla yayıldığını deyib. Belə çıxır ki, turist kimi xaricə gedən azərbaycanlı orda eyni virusu daşıyan şəxslə yaxınlıq edib.

Bu, ortaya bəzi məsələləri çıxarır. Yəqin ki, ölkəyə gələn turistlər arasında da ağır virus daşıyıcısı olanlar var. Azərbaycandakı turistlərin testdən keçməsi üçün addımlar atıla bilərmi?

Eləcə də başqa ölkələrə gəzməyə gedən azərbaycanlılar vətənə döndükdən sonra onlara məcburi test etdirmək mümkündürmü? Qanunvericilik buna imkan tanıyırmı?

İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, əsasən meymunçiçəyi xəstəliyinə cinsi yolla yoluxma baş verir.

Onun sözlərinə görə, insan birbaşa cinsi yolla yoluxmur:

“Cinsi əlaqə zamanı sağlam dəri ilə yaralı dəri təması nəticəsində xəstəliyə yoluxulur. Bəzi ölkələrdə test təcrübələri var. Ölkədən çıxanları, ölkəyə qayıdanları yoxlayırlar. Burada da bunu etmək mümkündür. Amma bu, əlavə vaxt, enerji tələb edən bir məsələdir. Həm də qanunda öz əksini tapmalıdır. Lakin nə dərəcədə labüddür, bilmirəm. Onsuz da gedib-gələnlər öz sağlamlıqları üçün fərdi şəkildə bunu etməlidir”.

İnfeksionist deyib ki, insan özü ehtiyatlı olsa, meymunçiçəyi xəstəliyindən qorunmaq çox asandır:

"Çünki şəxsin kənardan asanlıqla xəstə olduğu bilinir. HİV cinsi əlaqə yolu ilə ötürülən xəstəliklərdən biridir. Burada da müəyyən qaydalara riayət etməklə qorunmaq olur. Məsələn, Hepatit B, bakteriya xəstəlikləri də var ki, bu da cinsi yolla yoluxur. Amma bunlar o qədər də təhlükə törətmir, müalicədən sonra da asanlıqla sağala bilir. Testə gəldikdə isə, bunun üçün qanunda dəyişikliklər olunmalıdır. Bunun nə qədər önəmli olacağını bilmirəm”.

Digər xəbərlər
21:59 Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi bağlamaq üçün yalnız bir dəfə uçota alınacaq
21:57 Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək
21:42 Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...
21:33 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi
21:31 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib
21:27 Bakı metrosunun sərnişindaşımanın maya dəyərini süni şəkildə artırdığı ÜZƏ ÇIXDI
21:23 AQTA-da nöqsanlar aşkarlandı - Rəsmi
21:18 Meymunçiçəyi cinsi yolla keçir: Ölkəyə gəlib-gedənlərdən məcburi test götürülə bilər