hemle

Meymunçiçəyinə qarşı peyvənd: Dünya dövlətləri ehtiyat toplayırlar

Tarix:24-05-2022, 09:28
Baxış Sayı:291

ABŞ və Böyük Britaniya da daxil olmaqla bir çox ölkədə rast gəlinən meymunçiçəyi virusundan sonra Avropa İttifaqı çox mübahisəli bir addım atıb.

Meymunçiçəyi virusuna qarşı peyvənd olmadığı üçün ölkələrin suçiçəyi virusuna qarşı hazırlanmış peyvəndlərdən istifadə edəcəyi gözlənilir.

Aİ səhiyyə rəhbərləri ölkələrə peyvənd strategiyaları hazırlamağı tapşırıb.

1980-ci ildə qlobal peyvəndləmə aparılan suçiçəyi virusu ilə meymunçiçəyi xəstəliyi arasında genetik oxşarlıq var. Buna görə də suçiçəyinə qarşı peyvənd edilmiş insanlarda meymunçiçəyi xəstəliyinə qarşı bir qədər qorunma yarana bilər.

Meymunçiçəyi virusuna qarşı xüsusi bir peyvənd olmasa da, bəzi ölkələr oxşar virus olduğu üçün xəstəlikdən qorunmada 85 faiz təsirli olan suçiçəyi peyvəndi ehtiyatı topladıqlarını açıqlayıblar.

Dünya meymunçiçəyi virusu panikası yaşadığı bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) diqqətçəkən xəbərdarlıq gəlib.

ÜST-ün direktoru Tedros Adhanom Gebreyesus COVID-19 pandemiyasının hələ bitmədiyini və dünyanın yeni bir pandemiyaya hazır olmadığını bildirib.

Mənbə: Hürriyet

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ