hemle

Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib

Tarix:Dünən, 21:31
Baxış Sayı:556




"Qızım Hökumənin həyat yoldaşı Etibar Əliyevlə münasibətimiz çox yaxşıdır. O, qızımın rayondakı yas mərasiminə də gəlmişdi".

Bu sözləri açıqlamasında Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.

O bildirib ki, Hökumənin həyat yoldaşı hüquqi varis kimi dövlət tərəfindən təqdim edilən sığorta pulu və 40 min manat kompensasiyadan imtina edib:

"Biz ona dövlətimiz tərəfindən təqdim edilən pulun hamısını verdik, amma o, məbləği özünə götürməkdən imtina edib geri qaytardı".

Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev isə bu barədə danışmaq istəmədiyini və ona həyat yoldaşının ailəsi tərəfindən təqdim edilən məbləğdən imtina etdiyini təsdiqləyib.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus, Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin bələdçisi Hökumə Cəlil qızı Əliyeva xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Digər xəbərlər
21:59 Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi bağlamaq üçün yalnız bir dəfə uçota alınacaq
21:57 Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək
21:42 Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...
21:33 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi
21:31 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib
21:27 Bakı metrosunun sərnişindaşımanın maya dəyərini süni şəkildə artırdığı ÜZƏ ÇIXDI
21:23 AQTA-da nöqsanlar aşkarlandı - Rəsmi
21:18 Meymunçiçəyi cinsi yolla keçir: Ölkəyə gəlib-gedənlərdən məcburi test götürülə bilər