hemle

RUZİNİN ARTMASINA TƏSİR QOYAN ƏMƏLLƏR

Tarix:1-06-2020, 08:22
Baxış Sayı:416

Ruzini verən Allahdır və hər kəs onun qismətinə düşən ruzini yeyər. Dinimiz buyurur ki, bəzi əməllər vardır ki, ruzini artırır və bərəkətli edir. O, əməlləri yerinə yetirsəniz, ruziniz artar. Çünki ruzi iki cürdür. Biri – sizin dalınızca qaçan ruzidir. Biri isə sizin onun dalınca qaçdığınız ruzidir.

Bu əməllərə diqqət edək.

1. İmam Sadiq (ə) buyurur: “Başqalarına yaxşılıq etmək ruzini artırar”.

2. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq, ruzini artırar”.

3. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, başqasına yeyəcək verər – ruzi ona tərəf tez gələr”.

4. İmam Əli (ə) buyurur: “Allah yolunda qardaşlıq etmək – ruzinin artma mənbəyidir”.

5. İmam Əli (ə) buyurur: “Əmanətdarlıq, ruzinin artmasına bais olar”.

6. İmam Baqir (ə) buyurur: “Səmimi qəlbdən din qardaşı üçün dua etmək – ruzinin cəlb olmaq mənbəyidir”.

7. Həzrət Peyğəmbər (s) buyurur: “Daimi təharətli olmaq – ruzinin artma mənbəyidir”.

8. İmam Baqir (ə) buyurur: “Zəkat vermək – ruzini artırar”.

9. İmam Əli (ə) buyurur: “Sədəqə vermək – ruzinin nazil olmasına bais olar”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
13:56 Zəlzələdən sonra İstanbulda malikanələr satışa çıxarıldı
13:53 İranda şok: Bayrağımızın əksi olan mallar qadağan edildi
13:50 Haaqa məhkəməsi Vardanyanla bağlı iddiaları rədd etdi...
13:39 İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
13:29 Yeni müharibə başlayır? - AÇIQLAMA
13:25 Sabah 29 dərəcə isti olacaq
13:16 Azərbaycanda kartofla soğan buna görə bahalaşır: Səbəblər bəlli oldu
13:13 Süni intellektin yaratdığı problemlər: Manipulyasiya, fırıldaqçılıq...