hemle

Gün ərzində 1-2 dəqiqə intensiv fiziki məşq infarkt ehtimalını 33% azaldır

Tarix:28-12-2024, 09:47
Baxış Sayı:455




Gündəlik qısamüddətli fiziki aktivliyi həyat tərzinə çevirən qadınlar, ümumiyyətlə fiziki fəaliyyətlə məşğul olmayanlardan fərqli olaraq ürək problemləri riskini 45 faizə qədər azaldırlar.

Bu barədə "British Journal of Sports Medicine" jurnalında dərc edilən məqalədə qeyd olunur.

Alimlər 40-69 yaş arası 22 mindən çox insanı əhatə edən araşdırma aparıblar.

Məlum olub ki, gündə ən az 3-4 dəqiqə fiziki hərəkətlərə vaxt sərf edən qadınlarda ürək xəstəliyi riski əhəmiyyətli dərəcədə az olur.

"Hətta gündə 1-2 dəqiqə güclü hərəkət infarkt ehtimalını 33% azaldır", - deyə mütəxəssis qeyd edib.

Digər xəbərlər
21:54 Aşıq Mikayıl Azaflı – 100 Qoca Azaflıyam, dilim var, lalam
21:49 Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil - AQTA
21:44 "WhatsApp"da yeni funksiya
21:42 Azərbaycanda bu sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
21:40 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət
21:36 Ürək cərrahı ölümcül riskləri müəyyənləşdirən 5 dəqiqəlik ev testini açıqladı
21:34 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı
21:30 Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər