hemle

İnsult riskini azaltmaq üçün gündə neçə fincan qəhvə içməli?

Tarix:21-09-2024, 08:19
Baxış Sayı:411



Gündə nə qədər qəhvə içməyin insult riskini azaltdığı müəyyən edilib.

Bunu Çinin "Soochow" Universitetinin alimlərinin apardıqları tədqiqat üzə çıxarıb.

Onlar gündə iki-üç fincan qəhvə içməyin kardiometabolik xəstəliklər, o cümlədən 2-ci tip diabet, koronar ürək xəstəliyi və insult riskini azaltdığını sübuta yetiriblər.

Tədqiqatın nəticələri “Journal of Clinical Endocrinology & Metabolism” elmi jurnalında dərc olunub.

Elm adamları 172,3 min iştirakçının qidalanma vərdişlərini və sağlamlıq vəziyyətlərini təhlil ediblər. Beləliklə, kofeinin kiçik dozalarının kardiometabolik multimorbidlik riskini əhəmiyyətli dərəcədə azaltdığı aşkarlanıb.

"Kardiometabolik multimorbidlik" birləşməsi maddələr mübadiləsi və ürək-damar sistemi ilə əlaqəli iki və ya daha çox xroniki xəstəliyin eyni vaxtda mövcudluğunu ifadə edir. Kardiometabolik xəstəliklər qrupuna şəkərli diabet, koroner ürək xəstəliyi, infarkt və insult daxildir.

Alimlərin fikrincə, iki-üç fincan sadə qəhvədə bu cür patologiyaların qarşısını almaq üçün lazım olan kofein miqdarı var. Hər gün bu miqdarda qəhvə istehlak edən iştirakçılarda, ümumiyyətlə qəhvə içməyənlərə nisbətən bu cür problemlərin inkişaf ehtimalı 48,1% azdır.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq