hemle

Beyin üçün təhlükəli qidalar hansılardır?

Tarix:4-09-2024, 09:16
Baxış Sayı:580



Tibb elmləri doktoru, Rusiya Biotexnoloji Universitetinin farmakologiya və əczaçılıq kurslu terapiya kafedrasının professoru Vladimir Popov insult riskini artıra bilən qidaları sadalayıb.

O, gizli duz və şəkər tərkibli məhsulların xüsusilə təhlükəli olduğunu deyib.

"Duz arterial təzyiqi artırır, şəkər və doymuş yağlar isə xroniki iltihabı və aterosklerozu təşviq edir. Buna görə də şirinləşdirilmiş qazlı içkilər, tortlar, piroqlar, hazır desertlər, mayonez, ketçup və müxtəlif salat souları, eləcə də ağ çörək və paketlənmiş şirələrin istehlakını məhdudlaşdırmaq tövsiyə olunur. Bu məhsulların tez-tez istifadəsi insult riskini əhəmiyyətli dərəcədə artırır", - deyə Popov qeyd edib.

Bundan əlavə, mütəxəssis çox miqdarda əlavə duz, şəkər, trans yağlar, emulqatorlar, qatılaşdırıcılar və süni dadverici tərkibli yarımfabrikatlardan və fastfuddan çəkinməyi məsləhət görür. Bu cür məhsullara çipslər, qurudulmuş çörəklər, hazır səhər yeməkləri, qızardılmış kartof, hamburgerlər, dondurulmuş pizzalar və konservlər daxildir.

Digər xəbərlər
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ
21:52 Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi
21:49 "Melissa Group"un vətəndaşın başına uçurduğu EV SÖKÜLÜR
21:47 Azərbaycanla Rusiya arasında MÜZAKİRƏ - Postmünaqişə dövründə...