hemle

Bəylər, bu vətənə necə qıydınız?

Tarix:30-05-2020, 11:26
Baxış Sayı:2 208

Günü gəlir, çarx düzünə çevrilir,
Günü gəlir, hesabınız görülür
Günü gəlir, sualınız sorulur:
Bəylər, bu vətənə necə qıydınız?
(Nazim Hikmət)

Tofiq Şahmuradov

REDAKSİYADAN: Bir daha yazırıq ki, bu günlərdə Vətənə xəyanət etmişlərin yaxınları xeyli aktivləşiblər. Mövzunun qapalı saxlanması, xalqın məlumatsızlığı az qala xainlərin «qəhrəman» kimi tanıdılmasına yol açmaqdadır və yetərli dərəcədə dezinformasiyalar yayılmaqdadır. Xüsusən də bu sahədə səriştəsiz olan mediamız lap «gül vurmaqdadır». Get Vətənini düşmənə sat və gəl hüquq tələb elə. Vətənə xəyanət edən kim olursa, olsun onun bağışlanmaq şansı olmamalıdır. Bu bütün müharibə veteranlarının tələbidir. Nədənsə öz «orqanını» düşmənə satanların müdafiəçiləri, Vətən qarşısında xidməti olanları, o iyrənc xainlərə işğəncə vermək adı altında həbs olunmuş kəşfiyyatçı və XTQ-çilərin müdafiəsindən heç danışmazlar? Çünki hər əsgər özünə uyğun səngərdə durar.
Amma bizi bir sual düşündürür: BU SEÇMƏ İGİDLƏRİ NİYƏ VƏ KİM XAİN OVUNA GÖNDƏRMİŞDİ? Bu məqamı araşdırmaq vacibdir…

Gizir Əliyev Elcin Kalam oğlu 1986-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonunda anadan olub.

1993-cü ildə Sumqayıt şəhər 1 saylı orta məktəbə qəbul olub, 2004-cü ildə məktəbi bitirərək, Azərbaycan Beynalxalq Universetinə qəbul olub, 2006-cı ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb, Füzulidə hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvəlırin kursuna yazılıb, kurs keçərək 2007-ci ildən XTQ-də hərbi xidmətə başlıyıb.

Xidmət dövrü müxtəlif kurslar keçib.

1. Erməni dili kursu
2. Hava desant hazırlıq kursu
3. «SAT» Sualtı taruz kursu
4. Dağlıq ərazidə «Qış-qar» kursu (Xizəklə hərəkət edərək atəş açmaq, dağda eniş-yoxuşlarda hərəkət etmə, 10 km xizəklə, 90 km xizəksiz dağda hərəkər)
5. Türkiyə «Antiterror və Qoruma Mühafizə» kursu
6. Alpinizm və Dağçılıq kursu
7. Tarama, İncələmə kursu
8. Yaşayış məntəqələrində döyüşlərin aparılması kurslarını keçib.

2014-cü ildən Tərtərdə kəşfiyyat taborunda xidmət edib, həmən il Kəlbəcərdə məxfi tapşırığı uğurla yerinə yetirib.

Düşmən arxasında bir çox əməliyyatları içra edib, 2015-ci ilin oktyabrında qrup komandiri Baş leytenant Kamil Müsəvi ilə düşmən arxasında tapşırığı icra edərkən Kamil Müsəvi minaya düşərək ağır yaralanmış, gizir Əliyev Elcin onu çıxardaraq təhlükəli ərazidən qospitala çatdırmışdır.

2016-cı ildə aprel döyüşlərində Talış istiqamətində döyüşüb.

2017-ci ilin fevralın 25-də Ağdam istiqamətində əməliyyatlarda iştirak edib, hal-hazırda isə vətən xainlərinə işğəncə verməkdə şüphəli bilinərək həps edilən leytenant Mikayılov Ruslan, gizir Maşayev Sənan, gizir Ağadadaşov Cavid, gizir Qəhrəmanov Cabir, gizir Əzizov Poladla birlikdə uğurlu əməliyyatı icra ediblər.

2017-ci ilin mayında aşkara çıxarılan casus şəbəkənin üzvlərinə işğəncə verməkdə şüphəli bilinərək həps edilib…

Gizir Əzizov Polad Seyfəddin oğlu 1982-ci ildə Qazaxın Qazaxbəyli kəndində anadan olub.

Uşaq vaxtlarından profsional idmanla məşğul olub, 1997-ci ildə MDB ölkələri arası kinboxing turnirində birinci yer, həmən il Avropa cempionatında 3-cü yer tutub.

1998-ci ildə Avropa cempionu olub, Gürcüstanda keçirilən beynəlxalq yarışın qalibi olub.

2000-ci ildə hərbi xidmətə yollanıb, əsgərlikdə Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılıb, kursu keçərək orda xidmətə başlıyıb.

Müxtəlif ölkələrdə kurslar keçib:

1. Erməni dili kursu
2. Hava desant hazırlıq kursu
3. «SAT»Sualtı taruz kursu
4. Dağlıq ərazidə «Qış-qar» kursu (Xizəklə hərəkət edərək atəş açmaq, dağda eniş-yoxuşlarda hərəkət etmə,10 km xizəklə 90 km xizəksiz dağda hərəkər).
5. Türkiyə «Antiterror və Qoruma Mühafizə» kursu
6. Alpinizm və Dağçılıq kursu
7. Tarama,İncələmə kursu
8. Yaşayış məntəqələrində döyüşlərin aparılması kurslarını keçib.

2006-ci ildə Quba və Zaqatalada «Meşə qardaşları» adlı terrorçuların tutulub məhv edilməsi üçün xüsusi əməliyyat tapşırığını uğurla yerinə yetirib.

2009-cu ildə Gədəbəy istiqamətində düşmənin hərəkət edən kolonunun məhv edilməsində iştirak edib.

2012-ci ildə Tərtərin Çaylı kəndi istiqamətində düşmənin təkər postu deyilən postunun dağıdılması…

2013-cü ildə cəbhənin Füzuli rayonu hissəsində Araz cayı boyu düşmən postlarının dağıdılması…

2014-cü ildə Füzuli istiqamətində düşmənin bir postunun şəxsi heyəti ilə birlikdə tamami ilə məhv edilməsi…

2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından təxris olunub.

2016-cı il aprel döyüşlərində illərdi xidmət etdiyi yoldaşlarının şəhid olması Polada pis təsir etmişdir, ona yenidən orduda xidmət etmək təklif edilir və qayıdır.

2016-cı ilin dekabrında Tərtər əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölükdə xidmətə başlıyır.

2017-ci il fevralın 25-də Ağdam istiqamətində düşmənin iki postuna girilib, 20 yə yaxın düşmən məhv edilib, köməyə gələn bir hərbi texnika partladılıb.

2017-ci ilin mayında Tərtərdə aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işğəncə verməkdə şüphəli bilinərək həps edilib.

Qrup komandiri, leytenant Mikayilov Ruslan Məhəmmədəli oğlu 1993-cu il Ismayıllı rayonunda anadan olub.1999-2007-ci illərdə İsmayıllı şəhər 5 sayli orta məktəbdə təhsil alıb.

2008-2011-ci illərdə Cəmşid Naxcivanski adina hərbi litseyə daxil olmuşdur.2011-2015ci ildə Azerbaycan Ali Hərbi məktəbində kəşfiyyat ixtisası üzrə təhsil alıb.

Daha sonra 6 ay ixtisasi üzrə Silahlı Quvvələrin Təlim və Tədris mərkəzində (TTM) kurs kecmişdir.

2016-cı ilin martında təyinatla Tərtərdə əlahiddə kəşfiyyat taboruna qrup komandiri göndərilmişdir.

2016-ci il aprel döyüşlərində Talış kənd ətrafı yüksəkliklərinin alınmasında şücaət göstərmişdir.

Aprel döyüşlərindən sonra düşmən arxasında bir necə uğurlu əməliyyatda iştirak etmiş, sonuncu dəfə 2017-ci ilin fevralın 25-də düşmənin Ağdam istiqamətində postlarına qrup ilə basqında iştirak etmiş,düşmənin 20 yə yaxın canlı qüvvəsin, bir texnikasın sıradan çıxarmışlar.

2017-ci ilin mayında aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işğəncə verməkdə şüphəli bilinərək həps edilib.

Vətənə xəyanətə görə həbs edilən hərbçilərə işğəncə verməyə görə şübhəli şəxs kimi tutulan gizir Əliyev Elçinin məhkəmədə çıxışından: «Hörmətli cənab hakim, ilk növbədə bildirmək istiyirəm ki, mən nədənsə peşman deyiləm, çünki özümü günahkar bilmirəm. Məhkəmənin və prokurorluğun bu işə yanaşmasına baxanda məlum olur ki, elə deyəsən burda ən böyük günahkarlar bizik, günahımız da Vətənimizi sevməyimizdi.

Mənə hərbçi sənətin seçməyə heç kim məcbur etməyib, maddi çətinlikdən, işsizlikdən və s. kimi səbəblərdən hərbçiliyi seçməmişəm, mən bu sənəti seçəndə ailələmizin kifayət qədər maddi dayaqları var idi.

Məni bu sənəti seçməyimə yeganə səbəb illərdir düşmənə qarşı olan qisas hisslərim olub, torpaqlarımızın işğal altında olması olub.

Xidmətimin 8 il Xüsusi Təyinatlı Qüvvələrdə, 5 il isə Tərtərdə kəşfiyyatda keçirmişəm, xidmətim boyu etdiklərimlə bağlı nəyisə burda uzun-uzadı deməyə ehtiyac yoxdur, çünki o əməliyyatların bir çoxunun hələ də məxfiliyi qorunub saxlanılır, maraqlı olsanız sizin qarşısınızda olan xidməti xasiyyətnamə və şəxsi işimdə illərdir düşmən arxasında göstərdiyimiz fəaliyyətimizlə bağlı qeydlər var, tanış ola bilərsiniz.

Mənə verilən ittihamlarla razı deyiləm, Vətənə xəyanətdə şübhəli bilinən və bir çoxu sizin verdiyiniz qərarla uzun müddətli azadlıqdan məhrum edilən Vətən xainlərinin döyülməsi, işğəncə görməsi ilə bağlılığım yoxdur.

Olsaydı mən onu çəkinmədən burda etiraf edərdim, çünki bizim dəfələrlə pusquya düşməyimizdə, necə-necə dağ kimi oğlanların şəhid edilməsində, əsgərlərimizi pul qarşılığında düşmənə satılmasında iştirak edən şərəfsizləri çox məmnuniyyətlə çəzalandırardım və burda uça səslə söyləyərdim: «VƏTƏNƏ XƏYANƏT EDƏNLƏRİN SONU BUDUR!»

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?