SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və “Mitsui & Co., Ltd." arasında Birgə Kreditləşdirmə Mexanizmi" ("JCM") və ya digər karbon kredit mexanizmlərindən istifadə edərək metan emissiyasının azaldılması layihələrini birgə tədqiq etmək məqsədilə Anlaşma Memorandumu imzalanıb
COP29 çərçivəsində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və “Mitsui & Co., Ltd.” arasında metan emissiyasının azaldılması layihələrinin birgə tədqiq edilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Mitsui & Co., Ltd.”nin Enerji Həlləri Biznes Bölməsinin Əməliyyatlar üzrə baş əməliyyat direktoru Yasuhiro Uçidanın iştirakı ilə keçirilən tədbirdə Memorandumu “Azəriqaz”ın baş direktoru Azər Məmmədov və “Mitsui & Co., Ltd.”nin Karbon Həlləri Biznes Bölməsinin Baş Direktoru Kosuke Xattori imzalayıblar.
Sənəd “Azəriqaz”ın Azərbaycan ərazisində idarə etdiyi qaz kəmərlərində qaz sızmalarının qarşısının alınmasını, həmçinin Birgə Kreditləşdirmə Mexanizminin və ya digər karbon kredit mexanizmlərinin tətbiqini nəzərdə tutur. Tədqiqat gələcəkdə daha geniş tətbiq potensialı ilə Zirə qəsəbəsində başlanacaq.
Bu da hər iki şirkətin karbon emissiyalarını azaltmaqla iqlim dəyişikliyi ilə bağlı öhdəliyinə sadiqliyini nümayiş etdirir.
“Azəriqaz”ın baş direktoru Azər Məmmədov bildirib ki, bu əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizəyə və karbon qazı emissiyalarının, xüsusən də metanın azaldılmasına töhfə verəcək, şirkətlər JCM və ya digər karbon kredit mexanizmləri çərçivəsində metan emissiyalarının azaldılması layihələrinin hazırlanmasına, tətbiqinə və izlənməsinə üstünlük verəcəklər. Mitsui ilə əməkdaşlıq Azərbaycanın qaz infrastrukturunun dayanıqlığına və təhlükəsizliyinə töhfə verəcək.
“Mitsui & Co., Ltd.”nin Karbon həlləri biznes bölməsinin baş direktoru Kosuke Xattori isə bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə “Azəriqaz”la yaxından işləməyi səbirsizliklə gözləyirik.
Mitsui & Co., Ltd. Haqqında
Mitsui & Co., Ltd. 60-dan çox ölkədə fəaliyyət göstərən və geniş bir sahə üzrə biznes portfelinə sahib olan qlobal ticarət və investisiya şirkətidir. Şirkət dünya miqyasında tanınmış şirkətlərlə qurduğu etibarlı tərəfdaşlıq əlaqələri ilə bizneslərini müəyyən edir, inkişaf etdirir və böyüdür. Coğrafi və sahələrarası güclərini birləşdirərək uzunmüddətli davamlı dəyər yaradır.
Əlavə məlumat üçün https://www.mitsui.com/jp/en/ saytını ziyarət edin