hemle

Cəlilabad rayonunda zəfər bayramı xüsusi təntənə, coşqu və sevinc ilə qeyd olunub

Tarix:11-11-2024, 22:44
Baxış Sayı:610




27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik torpaq həsrətinə 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı.

Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir. 30 ilin vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Azərbaycan xalqı məğrur xalq, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə düşdü.

Dörd ildir Azərbaycan xalqı onun üçün mədəniyyət, milli irs və qürur mənbəyi olan Şuşanın işğaldan azad edildiyi tarixi – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir. Ölkəmizin hər bir qarışında 8 noyabr Zəfər günü xüsusi təntənə, coşqu və sevinc ilə qeyd olunur. Zəfər günümüz Cəlilabad Rayonunda da qeyd olunub.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsi və Şəhidlər Parkı Abidə Kompleksi ziyarət edilib.

Son olaraq qeyd etmək istəyirik ki, artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömüldü, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!




MirQamət MirƏli oğlu
Həmlə Media.Az Cənub Regional Müxbiri

Digər xəbərlər
17:21 Təhlükəsizlik baxımından bunları bilmək vacibdir
14:34 TƏBİB partlayışda xəsarət alanların son vəziyyətini açıqladı
14:31 ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək - Gizli silah
14:29 ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
14:25 Erməni nümayəndə BMT-də çıxılmaz vəziyyətdə qaldı, azərbaycanlılarla bağlı həqiqəti etiraf etdi
14:21 İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
08:49 Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib
08:46 "WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq