hemle

Ödənişli yoldan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır

Tarix:Bu gün, 20:28
Baxış Sayı:467



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın satışına başlayır.

Məlumata görə, “Sürətli Keçid Kartı”nı Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı "ASAN xidmət" mərkəzlərindən, həmçinin Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrində yerləşən satış məntəqəsindən, eyni zamanda Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqəsindən əldə etmək mümkündür.

“Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.

“Sürətli Keçid Kartı” içərisində xüsusi çip yerləşdirilmiş kiçik bir kartdır. Ödənişli yoldan istifadə zamanı, ödəmə keçid məntəqələrində quraşdırılmış xüsusi qurğular bu çipdəki məlumatları avtomatik olaraq oxuyur.

Kartları düzgün istifadə etmək üçün avtomobilin ön alın şüşəsinə kartı qoruyucu lentdən ayıraraq, qeyd olunan standartlar (ön alın şüşəsinin sağ künc hissəsində) əsasında yerləşdirmək kifayətdir.

“Sürətli Keçid Kartı”nın istifadə qaydaları və əlavə məlumatlar üçün www.tollroad.az və ya www.odenisliyol.az saytına müraciət etmək olar.

Kartın balansını satış məntəqələrində və yaxud onlayn şəkildə artırmaq mümkündür. Onlayn balans artırmaq üçün www.tollroad.az və ya www.odenisliyol.az saytına daxil olmaq, "Balans artırma" bölməsinə keçid etmək, “Sürətli Keçid kartı”nın alışı zamanı sizə təqdim olunmuş qeydiyyat məlumatlarından istifadə edərək, fərdi hesaba daxil olmaq, bank kartı vasitəsilə ödəniş etmək lazımdır

Balans artırma və “Sürətli Keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.

“Sürətli Keçid kartı”nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda yuxarıda qeyd olunan satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.

Bundan əlavə yaranmış çətinliklərlə bağlı dəstək xidməti fəaliyyət göstərir. Xidmətə www.tollroad.az, www.odenisliyol.az web saytları üzərindən müraciət edə və ya [email protected] email ünvanına elektron məktubla məlumat vermək olar. Həmçinin *1009 Qaynar xəttinə də müraciət etmək mümkündür.

1 ay ərzində Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm “Sürətli Keçid Kartı” əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkün olacaq. Qeyd olunan müddət bitdikdən sonra isə ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı”nın sahibləri istifadə edə biləcəklər.

Digər xəbərlər
20:37 COP29 və bayram günləri ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20:33 Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI
20:31 Ərdoğanda Aİ-yə SƏRT MESAJ: "Türkiyə kimi ölkəni..."
20:28 Ödənişli yoldan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır
20:25 Trampın ikinci prezidentlik dövründə dünyanı nələr gözləyir? - PROQNOZ
20:20 Xankəndidə Zəfər Günü ilə bağlı yürüşlər təşkil olunacaq
20:15 General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?
19:59 Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə "8 Noyabr Zəfər Günü" və "9 Noyabr Bayraq Günü"nə həsr olunmuş "Bayrağın dalğalandı o müqəddəs torpaqlarda, Azərbaycan!" adlı möhtəşəm tədbir keçirildi