hemle

Ödənişli yoldan istifadə qaydaları AÇIQLANDI

Tarix:21-10-2023, 10:16
Baxış Sayı:2 440

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu - Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissə birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolaqlıdır. Bu yolun 129 kilometrlik hissəsinin ödənişli olması nəzərdə tutulub.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, ödəniş tarifləri yeni müəyyənləşdiyi üçün, hazırda həmin tariflərin sistemə inteqrasiyası həyata keçirilir. Proqram təminatı tam yekunlaşdıqdan sonra test ediləcək. Ondan sonra isə yol istifadəyə veriləcək.

“Sürücülər ödəniş məntəqəsinə yaxınlaşaraq xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə ödəniş edə biləcəklər. Həmin kartları ödəniş məntəqələrinin giriş-çıxış hissələrindən, yaxın gələcəkdə isə şəhər və rayonlarımızın müxtəlif nöqtələrində satış məntəqələrindən əldə etmək mümkün olacaq. Yolda iki cür hərəkət zolağı var. Bunlardan biri sürətli, digəri isə adi keçiddir. Yəni sürücü adi zolaqda ödəniş məntəqəsinə yaxınlaşaraq kart əldə edə bilər.

Kartlara balans yüklənir və onun qət etdiyi məsafəyə uyğun gedişhaqqı çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş və balans yüklənmiş kartlar avtomobilin ön şüşəsinə yapışdırılır. Artıq o, məntəqəyə yaxınlaşdıqda, buradakı xüsusi keçidlərdə sistem onu tanıyır və heç bir maneə olmadan sürücü eyni sürətlə yoluna davam edə biləcək”, - deyə Anar Nəcəfli əlavə edib.

Qurum rəsmisi qeyd edib ki, yol üzərində 4 məntəqə fəaliyyət göstərir - Giləzi, Siyəzən, Gəndob və Xaçmaz məntəqələri. Giriş və çıxış məntəqələr sürətli və adi keçid, digər kiçik məntəqələr isə hibrid zolaqlardır. Hər ikisindən də istifadə etmək mümkündür.

O, həmçinin vurğulayıb ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır. Bu yolla tranzit və daxili yüklərin daha tez və asan daşınması təmin olunacaq. “Sürət həddinə gəldikdə, hazırda ödənişli yoldan istifadə qaydaları müəyyənləşdirilir və bu, həmin qaydalarda əks etdiriləcək. Təbii ki, bu yolda sürət digər yollardan daha çox olacaq”, - A.Nəcəfli deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışını edib.

Tarif Şurasının qərarına əsasən, yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə aşağıdakı kimi olacaq:

- minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib;

- kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək;

- avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib;

- qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Digər xəbərlər
20:37 COP29 və bayram günləri ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20:33 Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI
20:31 Ərdoğanda Aİ-yə SƏRT MESAJ: "Türkiyə kimi ölkəni..."
20:28 Ödənişli yoldan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır
20:25 Trampın ikinci prezidentlik dövründə dünyanı nələr gözləyir? - PROQNOZ
20:20 Xankəndidə Zəfər Günü ilə bağlı yürüşlər təşkil olunacaq
20:15 General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?
19:59 Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə "8 Noyabr Zəfər Günü" və "9 Noyabr Bayraq Günü"nə həsr olunmuş "Bayrağın dalğalandı o müqəddəs torpaqlarda, Azərbaycan!" adlı möhtəşəm tədbir keçirildi