hemle

Bakı-Quba yolu nə zaman təmir olunacaq? - AÇIQLAMA

Tarix:6-04-2022, 11:55
Baxış Sayı:225

"Bakı-Quba yolunun, xüsusən, Qubadan paytaxta doğru olan ərazidə yolun bəzi hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması Agentlik olaraq bizi də narahat edir".

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, mütəmadi olaraq əraziyə cavabdeh olan məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən yolda təmir işləri icra olunur:

"Bu təmir işləri ərazidə müvəqqəti olaraq hərəkətin normallaşmasına gətirib çıxarır. Bir müddətdən sonra həmin təmir işləri əhəmiyyətini itirir. Bu baxımdan, yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var. Bununla bağlı aidiyyəti üzrə məlumatlar təqdim olunub. Təqdim olunmuş məlumatlar əsasında Bakı-Quba yolunun mövcud Bakı-Sumqayıt hissəsinin 30 kilometri əsaslı şəkildə təmir olunub. Hazırda, yolun Sumqayıt-Tağıyev qəsəbəsi hissəsində əsaslı yenidənqurma işləri icra olunur. Bu işlər mərhələli şəkildə davam etdiriləcək".

Agentlik rəsmisi qeyd edib ki, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolu inşa olunur:

"Bu yolun inşasının 2022-ci ilin sonuna yekunlaşdırılması planlaşdırılır. Yol inşa edildikdən sonra hərəkət intensivliyi həmin yola köçəcək. Bundan sonra mövcud Bakı-Quba yolunda intensivlik azalmaqla həmin ərazidə əsaslı şəkildə yenidənqurma işlərinin maneəsiz aparılmasına şərait yaranacaq. Yolun Tağıyev qəsəbəsindən keçən hissəsində təmir işləri başa çatdıqdan sonra Bakı-Quba yolunun digər hissələrində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulur".

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?