Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rüstəm İsgəndərli Qarabağ Universitetinin maliyyə və təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Rüstəm İsgəndərli Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat - maliyyə kredit fakültəsini bakalavriat səviyyəsində bitirib, daha sonra Naxçıvan Dövlət Universitetində sosial idarəetmə və hüquq - hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini alıb.
Rüstəm İsgəndərli "Aztelekom" MMC, "Modern Group of Companies - Alyans Tekstil", "Şamaxı Rixos" və "Şamaxı Palace" hotelləri, "PMD Group" kimi şirkətlərdə maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışıb. Bu təyinatadək isə "Baku Business Group"da İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.