hemle

AzTU-da yeni TƏYİNAT - FOTO

Tarix:16-07-2021, 16:53
Baxış Sayı:300

Azərbaycan Texniki Universitetində (AzTU) kadr islahatı olub.

hemlemedia.az-ın məlumatına görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Rəşad Kazımov universitetin maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rəşad Kazımov 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi ixtisasi üzrə magistr pilləsini bitirib.

2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alıb. İqtisad üzrə fəlsəfə doktorudur. Rəşad Kazımov hazırkı təyinatına kimi AzTU-nun “İqtisadiyyat və təminat” şöbəsinin müdiri vəzifəsində işləyib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir