hemle

Tramp Putini HƏDƏLƏYİB: "Moskvanın tam mərkəzinə zərbə endiriləcək"

Tarix:21-10-2024, 09:12
Baxış Sayı:502



ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini "Rusiya Ukraynanı təqib edərsə" Moskvanı vuracağı ilə hədələdiyini deyib.

Tramp bunu "Wall Street Journal" (WSJ) qəzetinin redaksiya heyəti ilə görüşündə deyib .

İddialara görə, ABŞ-ın keçmiş prezidenti Rusiya liderinə deyib ki, əgər o, "Ukraynanı təqib etsə", elə "güclü zərbə" alacaq ki, hətta buna inanmayacaq. Tramp "lənətə gəlmiş Moskvanın tam mərkəzinə zərbə endirməklə" hədələyib.

Keçmiş Ağ Ev rəhbərinin sözlərinə görə, o, Putinə bildirib ki, bunu etmək istəməyəcəyəm, çünki onların yaxşı münasibətləri var, amma başqa seçimi olmayacaq.

Tramp Putinlə belə bir söhbətin nə vaxt və hansı şəraitdə baş tuta biləcəyini açıqlamayıb.

Oktyabrın 17-də Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski münaqişəyə görə məsuliyyət daşıyır və onun alovlanmasının qarşısını almalı idi.

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək