hemle

Niderlandda Laçının anımı - VİDEO

Tarix:24-05-2020, 22:16
Baxış Sayı:514

Diaspora təşkilatları Laçının işğalına həsr olunan videokonfrans təşkil edib
Niderlandda Laçının işğalının 28-ci ildönumunə həsr olunan videokonfrans keçirilib.

Konfransı Niderland Krallığında fəaliyyət göstərən diaspora təşkilatları - Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası dəstəyi ilə Benelüks Azərbaycanlıları Konqresi, Hollanda Türk Azərbaycan Kültür Dərnəyi birgə təşkil etdilər. “Laçının işğalı: və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspora fəaliyyətinin rolu” mövzusunda keçirilən videokonfrans şəhidlərimizin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükütla açıldı. Videokonfransa AR Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri, AR Əsir və İtkin Düşmüş, Girov Götürülmüş İnsanlarla İş üzrə Dövlət Komissiyasının rəhbər müavini,və digər qonaqlar da qatıldı.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Mayisə Ağamirzəyeva konfrans iştirakçılarına Laçının işğalından, Qarabağ həqiqətlərinin Avropada tanıdılması yolunda görülən işlərdən danışdı.
Daha sonra AR Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova videokonfransa qatılanları salamlayaraq xaricdə yaşayan soydaşlarımızın da tariximizin bu kimi acı günlərini qeyd etməsi, gələcəkdə Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar ən düzgün informasiyaların lazımi dünya təşkilatlarının diqqətinə çatdırılmasında diasporanın vacib rolundan, Diaspora Komitəsinin bu istiqamətdə hər zaman onların arxasında olduğundan danışdı.

AR Əsir və İtkin Düşmüş, Girov Götürülmüş İnsanlarla İş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Eldar Səmədov da öz növbəsində Laçının işğalı zamanı 64 şəhid, 64 girov, 103 əlil, 64 min əhalinin məcburi olaraq köçkün vəziyyətinə düşməsi kimi ağır itkilərlə nəticələnən o gecədən danışdı.

“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov da mövzu ilə bağlı geniş çıxış edərək əsas diqqəti Laçının tarixi və mədəni abidələrinə yönəldib.

Təcili Yardım Stansiyasının baş həkimi Orxan Cəbrayılov da bir Laçınlı kimi işğal zamanı yaşadıqlarını bölüşüb.

Konfrans xaricdə Ermənilər ilə informasiya savaşının gücləndirilməsi üçün diasporanin gələcəkdə görüləcək işlərin müzakirəsi ilə başa çatdı.

REAL-ın AVROPA bürosu

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ