hemle

Səriyyə Müslümqızının könül yanğısı......

Tarix:24-05-2020, 19:13
Baxış Sayı:580



Əziz dostlar xalqımız bu il çox ağır günlərini yaşadı. Ümüdləri param-parça oldu. Şuşamızın işğal gününü içimiz sızlaya-sızlaya andığımız bir vaxtdan az keçməmiş Ermənistanın baş naziri arvadl ilə yan-yana mənim yaralı torpağıma ayaq basdılar. DQ prezidentinin and içmə mərasiminə qatıldılar. Baş nazirin arvadı da hər dəfə olduğu kimi sülh çağırışı etdi. Bizim siyasətbazlarda Anna kimi sülhdəm dəm vurdular. Hələ 30 yanına bir 0 da ataraq 300 il gözləməyi lazım bildilər. Vallah elə indi də, sonrada gələcək nəsillər bizə nifrətlər yağdıracaq ,görumuza söyəcəklər. Gəncliyimizi yaşamadıq. Müharibəni, soyqrımı yaşadım. Cəbhəyə yollanıb torpağımın azad olunması üçün mücadilə etdim. Mənim kimi gəncliyini Qarabağa qurban vermiş qadınlar kimi.. Biz müharibə qadınlarıyıq. Rədd olsun belə sülh, qoy başlasın müharibə bu yaşımızda da cəbhəyə gedərik ordakı yaralı əsgərimizə qan verərik pal-paltarını yuyarıq. Təki Vətən azad olsun! Bu murdarların ayağı məni qanlı torpağıma dəyməsin. O torpağa qanı tökülən doğmalarımın
həmyerlilərimin bir sözlə döyüşən oğul və qızlarımın sərgəndan ruhuna rahatlıq gəlsin!





Digər xəbərlər
21:54 Aşıq Mikayıl Azaflı – 100 Qoca Azaflıyam, dilim var, lalam
21:49 Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil - AQTA
21:44 "WhatsApp"da yeni funksiya
21:42 Azərbaycanda bu sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
21:40 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət
21:36 Ürək cərrahı ölümcül riskləri müəyyənləşdirən 5 dəqiqəlik ev testini açıqladı
21:34 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı
21:30 Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər