hemle

Ermənistan kəşfiyyat xidmətinin rəis müavini gizli şəkildə Bakıya gəlib? - SENSASİON İDDİA

Tarix:19-09-2024, 15:25
Baxış Sayı:445



Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Bakı səfəri Ermənistanda ciddi müzakirə edilir. Mur ADA Universitetində mühazirə oxuyub, lakin səfərin detalları məlum deyil. Onun “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumunda iştirak üçün gəldiyi istisna deyil.

Ermənistan mediasında Murun Bakı səfəri ilə bağlı ortaya atılan bir iddia xüsusilə diqqət çəkir.

“Hraparak” nəşri erməni teleqram kanallarına istinadən iddia edir ki, Murun səfəri ərəfəsində Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Hrant Jilavyan da Bakıya gedib.

“Yayılan məlumatlara görə, Hrant Jilavyan həftəsonu gizli şəkildə Bakıda səfərdə olub və Mur da daxil olmaqla görüşlərdə iştirak edib. Bu informasiya təsdiq olunmadı, lakin təkzib də edilməməsi şübhələri artırır”, - nəşr iddiasını belə davam etdirir.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ