hemle

Rusiya agentlərinin kimliyi AÇIQLANDI

Tarix:29-03-2022, 12:39
Baxış Sayı:230

Ukrayna Sovet İttifaqı dövründə KQB-nin davamı olan Rusiya Təhlükəsizlik Xidmətində (FSB) çalışan, daxili təhlükəsizlik və kəşfiyyat fəaliyyətindən məsul olan 620 məxfi agentin şəxsiyyətini açıqlayıb.

Ukraynanın açıqladığı siyahıya agentlərin etimadnamələri, telefon nömrələri, ev ünvanları, maliyyə məlumatları və hətta yemək vərdişləri daxil edilib. Siyahıdakı FSB agentlərindən birinin "Skype"da “jamesbond007” adlandırılması diqqət çəkib.

Ukrayna rəsmiləri siyahıda yer alan rus agentlərinin Avropa ölkələrində “cinayət işlərində əli olduğunu” iddia edib. Ukrayna səlahiyyətliləri agentlər haqqında bu məlumatın necə əldə edildiyini açıqlamayıb, lakin Rusiya kəşfiyyat bölmələrinə köhnə sızıntılardan istifadə edildiyi təxmin edilir.

“Moskvanı utandıracaq sızma” kimi xarakterizə edilən açıqlama Rusiya prezidenti Vladimir Putinin bəzi yüksək rütbəli FSB üzvlərini ev dustaqlığına göndərdiyinə dair xəbərlərdən sonra baş verib. Bildirilib ki, özü də keçmiş KQB agenti olan Putin Ukraynaya müdaxilə ilə bağlı həssas planların Qərb kəşfiyyat qurumlarına sızdırıldığından şübhələndiyi üçün bu addımı atıb.

Putinin Ukrayna müharibəsindəki uğursuzluqlarda Rusiya kəşfiyyatını günahlandırdığı da iddia edilib. Saxlanılanlar arasında FSB-nin xarici kəşfiyyat bölməsinin rəhbəri Sergey Beseda və onun müavini Anatoli Bolyuk da var.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir