hemle

Paşinyanın Azərbaycan sərhədində diplomatlarla gizli müzakirəsinin DETALLARI

Tarix:28-08-2024, 09:16
Baxış Sayı:547



Ermənistan hakimiyyəti ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirakı ilə Dilicanda – Azərbaycanla sərhəd bölgəsində toplantı keçirib.

Rəsmi İrəvanın xarici ölkələrin diplomatik nümayəndələri ilə avqust ayında keçirdiyi görüşlər ənənəvi xarakter daşıyır. Lakin əsas diqqətçəkən məqam bu görüşlərin məkanı olaraq, məhz Azərbaycanla sərhəd bölgəsinin seçilməsidir.

Qarabağ işğalda olduğu dövrdə rəsmi İrəvan bu görüşləri bəzən Xankəndidə təşkil edir, diplomatik nümayəndələri təmas xətti ilə tanış edirdilər. Qarabağ azad edildikdən sonra Ermənistan görüşü Azərbaycanla sərhəd bölgəsində keçirməyə başladı. Misal üçün, görüşlərdən biri Cermukda (İstisu) təşkil edilib. Bu il isə Dilican məkan olaraq seçilib.

Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan, prezidenti Vaaqn Xaçaturyan, xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini, sərhədin delimitasiyası üzrə komissiyaya rəhbərlik edən Mher Qriqoryan iştirak edib.

“Hraparak” nəşri iddia ki, bu görüşlər Ermənistan hakimiyyətinin xarici diplomatlardan göstərişlər almaq və xarici siyasətin istiqamətini müəyyənləşdirmək məqsədi daşıyır.

“Əvvəlki görüşlər ənənəvi olaraq onlayn qaydada yayımlanırdı. Bu il keçirilən görüş isə maksimum gizli saxlanılır, hətta hökumətin rəsmi informasiya agentlikləri belə qısa məlumatla kifayətlənir. Görünür, hakimiyyət müzakirələrin gizli qalmasında maraqlıdır. Ehtimal etmək olar ki, müzakirə edilən məsələlər Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə münasibətləri olub və hakimiyyət hər şeyin gizli qalmasını istəyib”, - nəşr yazır.

Ermənistan Xarici İşlər Nazirliyi nəşrin görüşün gizli saxlanılması haqda sualına cavablandırmayıb və ünvan kimi hökuməti – baş nazirin aparatını göstəriblər. Paşinyanın sözçüsü Nazeli Bağdasaryan isə suallara cavab verməkdən imtina edib. Rəsmi məlumatın verilməməsi Ermənistanda gizli danışıqlarla bağlı şübhələri daha da artırıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı