Mingəçevirdə kirvələr hakimiyyəti,yoxsa ayaqlar altına atılan qanunlar…
Dunyanınsesi.az saytının redaksiyasına Mingəçevirlə bağlı ilginc məlumatlar daxil olub.Yazıda qeyd olunur ki,
İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduğu gündən indiyə kimi adı müxtəlif qalmaqallarda hallanıb. Kür çayının içərisinin qanunsuz olaraq “arxalı” iş adamı “Sədərək Yusif”ə satması, 2013-cü ildə Prezidentin iştirakı ilə istifadəyə verilmiş “Dostluq” parkındakı açıq səhnəni sökdürərək yerində yenisini tikdirməsi(?), məcburi köçüknlərə qarşı aqressiv münasibəti,məcburi köçkün qadını etnik mənşəyinə görə təhqir etməsi, sahibkarların fəaliyyətinə manelər törətməsi, onun maraqlarına xidmət etməyən bəzi idarə rəhbərlərinə qarşı qərəzli münasibət sərgiləməsi, sərt karantin rejimi günlərində qadağalara baxmayaraq hər gün icra hakimiyyətinin müşavirə zalında iclaslar keçirməsi, texnikum təhsili olan bir şəxsi (Vidadi Şərifovu)Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə rəis təyin etməsi və ƏN ƏSASI İlham İsmayılovun Mingəçevirdəki seçki macəraları fonunda “kirvələr hakimiyyəti” yaradaraq özündən söz etdirməsi…
İndi keçək 1 il 6 aydır ki, birinci müavinsiz işləyən (bu gedişatla o posta gələn olmayacaq.Çünki Mingəçevirdə heç kim onun birinci müavini işləmək istəmir) və hər şeydən başı çıxan İlham İsmayılovun proje xarakterli “kirvələr hakimiyyəti”nə…Bu hakimiyyətin ilk “qaranquşu” olan və güc-bəla ilə Bələdiyyə sədri təyin edilən Ramiz Əliyev isə az qala bir “tarixdir”.İcra başçısının kirvəsi olan bu şəxs işdə yol verdiyi nöqsanlara və mənimsəməyə görə icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Amma, bütün bunlara baxmayaraq elementar danışıq qabiliyyəti olmayan və mingəçevirlilər arasında müxtəlif ləqəblərlə tanınan Ramiz Əliyevi kirvəsi İlham İsmayılov Bələdiyyə sədri edib.Digər bir kirvə isə 47 saylı Mingəçevir Seçki Dairəsinin sədri Oqtay Məmmədovdur.Onun Bələdiyyə və parlament seçkilərində göstərdiyi “mislilsiz xidmət” isə “baş kirvə” İlham İsmayılov tərəfindən layiqli qiymətini alıb. Belə ki, “kirvələr projesi”nin tərkib hissəsi kimi dairə sədri Oqtay Məmmədovun oğlu Fərid Məmmədov icra başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub.
İcra başçısına kirvələri qədər əziz, bəlkə də onlardan daha əziz bir şəxs də var. Bu sözün əsl mənasında Mingəçeviri arxitektor baxımdan viran qoyan Baş memar Etibar Abdullayevdi. Torpaq və obyekt yerlərinin satışı üzrə “peşəkar mütəxəssis” olan E.Abdullayevin rüşvət və korrupsiya əməllərinə rəvac verməsi də icra başçısının mingəçevirlilər qarşısındakı “xitmətlərdəndir”. Redaksiyamıza məlumat göndərən Mingəçevir sakinlərinin iddiasına görə, memarlığa aidiyyatı olmayan Etibar Abdullayev əslində İlham İsmayılov üç kassasından biridir.Elə Kür çayının içərsinin satılması da bu və ya digər formada onun əməyinin məhsuludur.Baş rolda isə əvvəlki icra başçısı Niyazi Bayramov və indiki rəhbər İlham İsmayılov olub.Digər bir kirvə isə 47 saylı Mingəçevir Seçki Dairəsinin sədri Oqtay Məmmədovdur.Onun Bələdiyyə və parlament seçkilərində göstərdiyi “mislilsiz xidmət” isə “baş kirvə” İlham İsmayılov tərəfindən layiqli qiymətini alıb. Belə ki, “kirvələr projesi”nin tərkib hissəsi kimi dairə sədri Oqtay Məmmədovun oğlu Fərid Məmmədov icra başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub.
İcra başçısına kirvələri qədər əziz, bəlkə də onlardan daha əziz bir şəxs də var. Bu sözün əsl mənasında Mingəçeviri arxitektor baxımdan viran qoyan Baş memar Etibar Abdullayevdi. Torpaq və obyekt yerlərinin satışı üzrə “peşəkar mütəxəssis” olan E.Abdullayevin rüşvət və korrupsiya əməllərinə rəvac verməsi də icra başçısının mingəçevirlilər qarşısındakı “xitmətlərdəndir”. Redaksiyamıza məlumat göndərən Mingəçevir sakinlərinin iddiasına görə, memarlığa aidiyyatı olmayan Etibar Abdullayev əslində İlham İsmayılov üç kassasından biridir.Elə Kür çayının içərsinin satılması da bu və ya digər formada onun əməyinin məhsuludur.Baş rolda isə əvvəlki icra başçısı Niyazi Bayramov və indiki rəhbər İlham İsmayılov olub.lham İsmayılovun “sevimli” kadrı olan Baş(?)memar Etibar Abdullayevin oğlunun fəaliyyəti isə başqa məqalənin mövzusudur.
Bu qısa məlumatdan gəlinən nəticə odur ki, ölkə başçımız cənab İlham Əliyevin tapşırıq və göstərişləri icra başçısına hələ çatmayıb. Ya da yuxarıda güvəndiyi köhnə “komsomulçu” bunu o qədər arxayın salıb ki, “gözü çıxmış qardaşlar”dan ibrət dərsi götürmək yaddan çıxıb.
Ona görə də ölkə rəhbərinin yaxın günlərdə Mingəçevirə gözlənilən səfəri ərəfəsində bu qanunsuzlquların ictimailəşməsi və cənab Prezidentə çatdırılması olduqca vacibdir…
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Dunyaninsesi.az