hemle

Prezidentdən söz istəyən icra başçısı: O cəsarət idimi?

Tarix:18-05-2020, 13:34
Baxış Sayı:446

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki,N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

Turkustan.info xəbər verir ki, 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirən N.İsmayılova aid internetdəki “Vikipediya” səhifəsində sabiq başçının siyasətçi olduğu qeyd edilir, ixtisası isə “ Energetika mühəndisi və politoloq”(?) kimi göstərilir.

Qeyd edək ki, N.İsmayılov 30 ilə yaxın müddətdə icra hakimiyyəti strukturlarında yüksək vəzifələr tutub və ötən il Saatlıya başçı təyin olunmazdan əvvəl Göyçay, Şamaxı və Sabirabad rayonlarının icra başçısı olub.

Mətbuatda onun rəhbərlik etdiyi rayonlarda yaşayan əhalinin şikayətlərini əks etdirən kifayət qədər çoxlu sayda materiallara, korrupsiya iddialarına rast gəlmək olar.

Ancaq Azərbaycan reallıqlarını nəzərə alsaq, burada qeyri-adi bir şey yoxdur. Çünki icra başçılarının böyük əksəriyyətinin “iş prinsipləri” hamıya yaxşı məlumdur və bu cəhətdən yəqin ki, Saatlının artıq sabiq icra başçısı da digər həmkarlarından geri qalmayıb.

Lakin N.İsmayılov geniş ictimaiyyət arasında daha çox ötən ilin dekabrında Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədəki çıxışı ilə yadda qalıb.

Adətən icra başçılarının belə iclaslarda “ağzına su alıb” oturduqları, dindirən olmasa dinmədikləri və “xəta-bəladan uzaq olmaq üçün” iclasın mümkün qədər tez bitməsini arzuladıqları halda, N.İsmayılov həmin iclasda ölkə başçısından söz istəmişdi.

Əslində, hər başçının, hətta nazirin cəsarət etmədiyi bu addımı atan N.İsmayılov Saatlıda pambıqçılığın əsas problemi olan suvarma məsələsini qaldırmışdı. O, dolayısı ilə bu problemin mövcudluğunda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini və onun rəhbəri Əhməd Əhmədzadəni günahlandırmışdı.

Bunun da nəticəsində ölkə başçısı N.İsmayılovun çıxışından sonra Əhməd Əhmədzadədən problemlə bağlı izahat tələb etmişdi.

Bunun başçının rayonun problemlərinə doğrudan da can yandırdığı, yoxsa Ə.Əhmədzadəni “vurmaq” üçün etdiyinə dair bir şey söyləmək çətindir. Ümid edək ki, birinci variant doğrudur və N.İsmayılov doğrudan da rayonun suvarma probleminin həllini istəyib…

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ