hemle

Ərdoğan Rusiyaya səsləndi: Krımı qaytarın!

Tarix:12-09-2024, 14:37
Baxış Sayı:511



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platformasına üzv dövlətlərin liderlərinin IV onlayn sammitinin açılış mərasiminə videomüraciət göndərib.

Ərdoğan deyib ki, Krımın qaytarılması zərurətdir.

“Türkiyənin ilk gündən tanımadığı Krımın ilhaqı Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması ilə bağlı iztirabları daha da dərinləşdirib. Ankaranın dəstəyi dəyişməz olaraq qalır və Krımın Ukraynaya qaytarılması beynəlxalq hüquqa görə zərurətdir”, - Türkiyə prezidenti bildirib.

Ərdoğan həmçinin vurğulayıb ki, Krımın yerli xalqlarından biri olan Krım tatarlarının “hüquqlarının və rifahının qorunması” Türkiyənin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Türkiyə prezidenti ümidvar olduğunu bildirib ki, Rusiya-Ukrayna müharibəsi Ukraynanın ərazi bütövlüyünə əsaslanan “ədalətli və sabit sülh”lə başa çatacaq.

Nəzərinizə çatdıraq ki, Türkiyə prezidentinin bu platformada oxşar məzmunlu mesaj verməsi ilk dəfə deyil.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI