hemle

"Türkiyə Krımın ilhaqını tanımır" - Ərdoğan

Tarix:23-08-2022, 20:27
Baxış Sayı:175

Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bu addımın qeyri-qanuni olduğunu açıq şəkildə bəyan edir.

hemlemedia.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin zirvəsinə ünvanlanmış videomesajında deyib.

O qeyd edib ki, bu, təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir.

“Ukraynanın ayrılmaz hissəsi olan Krımın ona geri qaytarılması beynəlxalq hüququn tələbidir. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinin qorunması təkcə regional deyil, həm də qlobal təhlükəsizlik və sabitlik üçün vacibdir”, - deyə o bildirib.

Ərdoğan, həmçinin, Krımın yerli haqq sahiblərindən biri olan Krım tatar-türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsinin də Türkiyənin prioritetləri sırasında olduğunu vurğulayıb: “Tarix boyu böyük iztirablara məruz qalan Krım tatarları öz vətənlərində sülh içində yaşamaq üçün mübarizə aparırlar. Türkiyə bu prosesdə Ukrayna hökumətinin və Krım tatarlarının yanında olmağa davam edəcək”.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI