hemle

Rusiya Ukraynanın şərqindəki strateji dəhlizi ələ keçirdi - FOTO

Tarix:14-03-2022, 13:21
Baxış Sayı:206

Rusiya Silahlı Qüvvələri Krım ilə rusiyayönlülərin nəzarətində olan Donbass arasında dəhlizi ələ keçirib.

hemlemedia.az "RİA"ya istinadən xəbər verir ki, Rusiya 2014-cü ildə ilhaq etdiyi Krım və Donbass arasındakı strateji dəhlizə nəzarəti götürüb.

Krımın baş nazirinin müavini Georgi Muradov bildirib ki, bölgədə quru əlaqəsi qurulub və bunun sayəsində Krımda olan əsgərlər qurudan Donetskdə Rusiyanın dəstəklədiyi qoşunlara qoşula bilərlər.

Bildirilir ki, bu dəhliz həm də Krımı və Rusiyanın mühasirəsində olan Mariupol şəhərini birləşdirir. Dəhliz həmçinin Donbassdakı Rusiyanın dəstəklədiyi separatçı qoşunların Azov dənizində toqquşmaların intensiv olduğu liman şəhərlərinə keçməsini asanlaşdıracaq.

Rusiya Ukraynanın şərqindəki strateji dəhlizi ələ keçirdi - FOTO

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir