hemle

Sisinin Ankara səfərinin şifrələri: Aralıq dənizində gündəm dəyişir

Tarix:5-09-2024, 19:43
Baxış Sayı:455



Xəbər verdiyimiz kimi, Misir prezidenti Əbdülfəttah Əs-Sisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün dünən Ankaraya gedib.

Misirli tarixçi, professor Xalid Fəhmi bu görüşün təfərrüatı ilə bağlı “Haber Global”a danışıb.

O, iki ölkə arasında əsas məsələlərin ticarət, Şərqi Aralıq dənizində enerji, Liviya və müdafiə ilə bağlı olacağını bildirib: “Strateji, hərbi, beynəlxalq diplomatiya və qlobal enerji sahələrində birgə fəaliyyət tələb edən çoxlu maraq sahələrinin olması istər-istəməz iki ölkəni bu yaxınlaşmaya sövq etdi. Şərqi Aralıq dənizi və Yaxın Şərqdə Türkiyə və Misiri əhatə etməyən bir plan qurmaq mümkün deyil”.

Professorun fikrincə, diplomatiya sahəsində əsas məsələ Qəzzada deyil, Liviyada konsensus axtarışı olacaq:

“Beynəlxalq mətbuat Qəzzanın səfərin əsas gündəm bəndinin olacağını bildirir, lakin hər iki lider üçün daha kritik məsələlər var. Şərqi Aralıq dənizində enerji, mümkün qarşılıqlı ticarət məsələləri, xüsusilə müdafiə sənayesi və turizm buna nümunədir. Bu görüş uzun illərdən sonra əvvəlcə kəşfiyyat bölmələrində, sonra isə xarici əlaqələr və ticarət sahəsində yaxınlaşmağa başlayan iki ölkə üçün əlamətdar hadisədir".

Xalid Fəhmi ümid edir ki, görüş zamanı Ərdoğanın əvvəlki Qahirə səfəri zamanı masaya gələn kommersiya məsələləri həll olunacaq və bir çox ticarət müqavilələri imzalanacaq:

“İsrailin müharibə siyasətlərinin də məhdudlaşdırıldığını eyni tarixi prosesdə görmək olar. Bütün Şimali Afrikanın və qlobal enerji sektorunun sabitliyinə xələl gətirən bu vətəndaş müharibəsində ölkələr bir-birinə qarşıdır. Ona görə də Türkiyə və Misirin yaxınlaşması Yaxın Şərqdə regiona sıçramaq ərəfəsində olan münaqişənin sona çatmasına böyük töhfə verəcək”.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ