hemle

ƏRDOĞANLA MERKEL ARASINDA MÜHÜM MÜZAKİRƏ

Tarix:16-09-2020, 21:56
Baxış Sayı:366

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin video formatda görüşü olub.

hemlemedia.az saytı xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilib ki, videokonfrans zamanı liderlər Şərqi Aralıq dənizi əsas olmaqla, regional məsələləri müzakirə ediblər. Ərdoğan bildirib ki, Şərqi Aralıq dənizi mövzusunda konstruktiv və ədalətli yanaşma olduğu müddətdə problemin müzakirə və uzlaşma yolu ilə həlli mümkündür. Avropa dövlətlərinin Şərqi Aralıq dənizi məsələsində ədalətli olmalarının vacibliyini vurğulayan Türkiyə Prezidenti ölkəsinin axıradək qərarlı və prinsipial siyasət yürüdəcəyini qeyd edib.

Video-görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin Mətbuat Katibi İbrahim Kalın, Prezidentin icraçı katibi Hasan Doğan da iştirak ediblər.

Xatırladaq ki, Angela Merkel bu yaxınlarda Avropa Birliyinin Şərqi Aralıq dənizi böhranında Yunanıstanı dəstəkləməyə məcbur olduğunu söyləmişdi.
hemlemedia.az

Digər xəbərlər
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi
10:46 PUA hücumundan sonra Moskvada vəziyyət necədir?
09:19 Beşinci zəvvar qrupları bu gün Həcc ziyarətinə yola düşəcəklər
09:14 Rusiyadan Ermənistana "hərbi dil"də xəbərdarlıq: Moskva Qərbi Zəngəzurda nəyə hazırlaşır?
09:06 Bu vərdişdən qurtulmaq ömrü 9 il uzadı
08:59 Ukrayna Almaniya ilə pilotsuz təyyarələrin istehsalına dair razılığa gəldi
08:50 Laçın Zirvəsinin şifrələri: “Orta güc” Şərqi Zəngəzurdan hansı mesajı verdi?