hemle

TÜRKİYƏ YUNANISTANLA ANLAŞDI? – NATO-DAN AÇIQLAMA

Tarix:3-09-2020, 23:21
Baxış Sayı:471

Türkiyə və Yunanıstan liderləri ilə apardığım danışıqların nəticəsi olaraq, iki ölkə Şərqi Aralıq dənizində hərbi qarşıdurmanın önünü almaq və hadisələrin riskini azaltmaq üçün NATO-da texniki görüşlərin keçirilməsi məqsədilə razılıq veriblər.

hemlemedia.az saytı xəbər verir ki, bu sözlər NATO-nun baş katibi Yens Stoltenberqin yayılan yazılı açıqlamasında əksini tapıb.

Türkiyə və Yunanıstanı “İki mühüm müttəfiq” olaraq dəyərləndirən baş katibi NATO-nun ortaq təhlükəsizliyə təsir edən məsələlər üçün mühüm müşavirə platforması olduğunu diqqətə çatdırıb. Bildirib ki, NATO həmrəylik üçün gərginlikləri həll etmək məqsədilə bütün müttəfiq ölkələrlə yaxın təmaslarda qalmaqda davam edəcək.

Qeyd edək ki, sentyabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında videokonfrans təşkil olunub. Məlumatı Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsi yayıb. Bildirilir ki, tərəflər Şərqi Aralıq dənizindəki vəziyyət başda olmaq üzrə regional məsələləri və ikitərəfli münasibətləri müzakirə ediblər.
hemlemedia.az

Digər xəbərlər
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək
21:54 Gəncənin bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları elan olundu - məhkəmə
21:51 Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq
21:33 Ukrayna və Rusiya ikinci raundda anlaşacaqmı? – İstanbul görüşünün şifrələri
21:09 Bu sərnişinlər 30 manat cərimələnəcək
21:05 Azərbaycanda bu cərimə 500 manata qaldırıldı
16:18 Trampdan Netanyahuya İranla bağlı ŞOK XƏBƏRDARLIQ