hemle

BAXÇALIDAN XƏBƏRDARLIQ: “QARŞIMIZA ÇIXMAĞA CÜRƏT EDƏN…”

Tarix:20-08-2020, 14:32
Baxış Sayı:748

“Aralıq dənizində, yaxud Egeydə donanmamızın və araşdırma gəmilərimizin qarşısına çıxmağa cəsarət edən hər bir kəs ən ağır formada cavabını alacaq”.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Şərqi Aralıq dənizində ölkəmizin ədalətli mübarizəsi beynəlxalq hüquq normalarına uyğundur. Müstəqilliyimizə xələl yetirmək istəyənlər hər şeydən öncə 83 milyon insanın cansız bədəninin üstündən keçmək məcburiyyətindədir. Fransanın iki döyüş təyyarəsi ilə bir freqatı Aralıq dənizinə göndərməsi cari böhranın kəskinləşməsi deməkdir. Birlik və həmrəylik ruhu ilə türk xalqı qarşısındakı əngəlləri dəf edəcək. Şübhəsiz ki, istila və xəyanət cəhdinə heç vaxt yol verilməyəcək”, – D.Baxçalı bildirib.

ABŞ-dakı seçkilərdə demokratlardan prezidentliyə namizəd Co Baydenin Türkiyə ilə əlaqəli açıqlamalarına cavab olaraq MHP lideri “seçkilərlə gələn prezidenti devirmək hədəfi həm demokratiyaya düşmənçilik, həm də çevrilişdir”, – deyə qeyd edib.(publika.az)

ATESH,AZ

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...