hemle

AZƏRBAYCAN ORDUSU 24 SAATA İRƏVANI ALAR – DÜNDAR

Tarix:18-07-2020, 20:03
Baxış Sayı:526

Azərbaycan ordusu 24 saat ərzində İrəvanı alacaq gücə qadirdir.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar “Anadolu” agnetliyinə deyib.

“Azərbaycanın güclü və müasir tələblərə cavab verən ordusu var. Bir il ərzində Azərbaycan ordusuna xərclənən maliyyə Ermənistanın bütün illik büdcəsinə bərabərdir. Azərbaycan ordusu Rusiya və digər dövlətlərin Ermənistana dəstək vermədiyi təqdirdə, 24 saat ərzində İrəvanı alacaq gücə qadirdir”, – sədr qeyd edib.

B.Dündar Ermənistan ordusunun Tovuz istiqamətində təxribat xarakterli hücumlarına da münasibət bildirib:

“Bakı-Tbilisi-Qars dəmir yolu və boru xətləri bu rayondan keçir. Buranı ələ keçirmək Azərbaycanın Türkiyə ilə milyard dollarlıq investisiyalarının Ermənistan hakimiyyətinə keçməsi deməkdir. Ermənistan durduq yerə niyə bu tarixi seçdi? Bunun üçün beynəlxalq siyasəti incələməliyik.

Türkiyə Liviyada biriləri ilə qarşı-qarşıyadır. İraqda da həmçinin. Suriyada gücünü sübut edən bir mövqedədir. Tovuz hadisələri ilə adıçəkilən bölgədə Türkiyənin qarşısının kəsilməsi məsələsi var. Bu səbəblə Tovuzdakı bu döyüş çox vacibdir”.

ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir