hemle

“Milli Məclisdə səsiniz olmaq üçün namizədəm” – Teymur Əzizov

Tarix:24-08-2024, 20:30
Baxış Sayı:251

“Milli Məclisdə səsiniz olmaq üçün namizədəm” – Teymur Əzizov
113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Teymur Əzizovun təbliğatı davam edir

Teymur Əzizov seçiciləri ilə görüşlərini davam etdirir. O, seçicilərinə vədlər verməkdən çox, onların hüquqlarının qorunmasına önəm verdiyini vurğulayır.

Namizəd sosial şəbəkə üzərindən seçicilərinə xitab edib:

Hörmətli seçicilərim, görüşlərdə qeyd etdiyim kimi, bir daha buradan hər birinizə deyirəm ki, mən sizə yol, qaz, su çəkdirmək kimi vədlər vermirəm. Məqsədim seçicilərimin, vətəndaşların hüquqlarının müdafiə olunmasıdır. Sizi narahat edən hər bir problem Milli Məclisdə müzakirə olunmalıdır. Bəli, əgər bir kəndin qazı yoxdursa, içməli su problemi varsa, yollar bərbad haldadırsa, bu, artıq vətəndaş hüquqlarının pozulması deməkdir.

Teymur Əzizov
Namizəd qeyd edir ki, əsas hədəflərdən biri Qax rayonunda turizimin inkişafıdır və bunun üçün infrastruktur problemlərinin həlli vacibdir. O, seçicilərinin səsi olmaq və onların problemlərini birlikdə həll etmək üçün namizədliyini irəli sürdüyünü bəyan edir.

Qeyd edək ki,Teymur Əzizov 1984-cü ildə Mingəçevir şəhərində anadan olub, əslən Qax rayonunun Qaşqaçay kəndindəndir. “İDEAL” Gənclər İctimai Birliyinin sədri olduğu dövrlərdə “Mən azərbaycanlıyam”, “Narkomaniyaya yox deyək!”, “Fiziki məhdudiyyəti olan uşaqlara qayğı”, “Vətəni qoruyaq, Dövləti sevək” və s. layihələri həyata keçirib. Hüquqşünasdır, ailəlidir, bir övladı var.


Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ