hemle

2021-ci ildə yenidən seçkilər keçiriləcək? - Milli Məclisdə boş qalan yerlər...

Tarix:22-12-2020, 18:48
Baxış Sayı:450

2021-ci ildə Milli Məclisdə boş qalan yerlərə yenidən seçkilər keçirilə bilər.

Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, 2021-ci ilin dövlət büdcəsi ilə bağlı layihədə "seçkilərin keçirilməsi və statistika tədbirləri" haqqında bölümdə 19 631 038 manat vəsait nəzərdə tutulub:

"Amma hansı seçkilərin keçiriləcəyi ilə bağlı hər hansı məlumat verilməyib. Böyük ehtimalla parlamentdə boş qalan 4 dairə üzrə yenidən seçkilərin keçiriləməsi gözlənilir. Bundan əlavə dünyasını dəyişənlər deputatlar da var ki, onların yeri boş qalıb".

Rəşad Həsənov qeyd edib ki, əvvəllər 2021-ci ildə yenidən Milli Məclisə seçkilərinin keçiriləcəyi deyilirdi:

"Belə bir ehtimal vardı, amma mən buna inanmıram. Çünki parlament seçkiləri yenidən o vaxt keçirilə bilərdi ki, Azərbaycan liberallaşıb demokratikləşərdi. Bu halda yeni parlament seçkilərinin keçirilməsinə ehtiyac qalmayacaq".

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. MSK-nın qərarına görə, nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişib və 116 saylı Qəbələ seçki dairəsi boşdur.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq