hemle

Qruplar üzrə ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI - RƏSMİ

Tarix:24-09-2020, 20:32
Baxış Sayı:452

Azərbaycanda ali təhsil müəssisələrində qalan vakant plan yerləri üzrə vəziyyət açıqlanıb.

ATESH,Az saytının məlumatına görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, I qrupda ümumi vakant yerlərin sayı 1762-dir.

Onun sözlərinə görə, Azərbaycan bölməsində boş qalan vakant yerlər 1309-dur. I qrupda Azərbaycan bölməsində 200 baldan yüksək nəticə göstərən və ali məktəbə qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir. Əlavə yerləşdirmə zamanı ixtisas seçsələr, onlar hamısı universitetə qəbul ola biləcəklər: “Bu qrupda 150-dən çox bal toplayanların sayı isə 2013 nəfərdir. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1000-dən çox subbakalavr da var. Rus bölməsində vakant yerlərin sayı daha çoxdur. Bu qrupda rus bölməsində 775 plan yerindən 176 plan yeri boş qalıb. Rus bölməsi üzrə 200 baldan yuxarı nəticə göstərib qəbul ola bilməyənlərin sayı cəmi 2 nəfərdir. Bu abituriyentlər də düzgün ixtisas seçsələr, qəbul ola biləcəklər. I qrupda rus bölməsində 150 baldan çox nəticə göstərənlərin sayı 123 nəfərdir”.

M.Abbaszadə qeyd edib ki, II qrupda ümumilikdə vakant yerlərin sayı 3048-dir. Bu qrupda Azərbaycan bölməsində boş qalan vakant yerlərin sayı 1727-dir. Bu qrupda 200 baldan yuxarı nəticə göstərən və kənarda qalan 1 abituriyent belə yoxdur. 150 baldan yuxarı nəticə göstərib qəbul ola bilməyən 46 nəfər var. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1500 subbakalavr var. Bu qrupda rus bölməsi üzrə boş qalan yerlərin sayı 299-dur:

“III qrupda vəziyyət həmişə olduğu kimi gərgindir. Bu qrupda ümumilikdə vakant yerlər 296-dır. Azərbaycan bölməsində boş qalan cəmi 1 vakant yer var. Rus bölməsində 283 vakant yer qalıb. Birgə müsabiqə olunan yerlər üzrə 12 yer qalıb. III qrupda 200 baldan yuxarı nəticə göstərib kənarda qalan abituriyentlərin sayı 2157 nəfərdir. III qrupda ali məktəbə qəbul ola bilməyən 2000-ə yaxın subbakalavr var, mənə elə gəlir ki, onlar əlavə yerləşdirmə üçün sənəd verməyə bilərlər. Bəlkə də onlar rus bölməsi üzrə qəbul oluna bilərlər, amma Azərbaycan bölməsində şansları yoxdur”.

DİM sədri əlavə edib ki, IV qrupda ümumilikdə boş qalan vakant yerlərin sayı 555-dir. Amma bu yerlərin əksəriyyəti kənd təsərrüfatı sahəsi üzrədir. Bu qalan vakant yerlərin 400-ü Azərbaycan, 51-i rus bölməsi üzrə, 104 yer isə birgə müsabiqə üçün təqdim olunub. IV qrupda Azərbaycana bölməsində 200 baldan yuxarı nəticə göstərib kənarda qalanların sayı 52 nəfərdir: “Onların da ali məktəbə qəbul olma şansları çox yüksəkdir. Rus bölməsində isə belə abituriyentlərin sayı 11 nəfərdir. Bu qrupda rus bölməsində təxminən 900 nəfər subbakalavr ali məktəbə qəbul ola bilməyib. Onlar da boş qalan yerlər üçün sənəd verə bilərlər”.

M.Abbaszadə qeyd edib ki, V qrupda 90 boş vakant yer qalıb, bu yerlərin hamısı xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Onun 46-sı Azərbaycan, 5-i rus bölməsi üzrə, 39-u birgə müsabiqə üçün təqdim edilib. Qabiliyyət imtahanları ləğv olunan bütün ixtisaslar üzrə yerlərin hamısı dolub.

M.Abbaszadə bildirib ki, ümumilikdə bütün qruplar üzrə 5751 vakant yer qalıb.

Onların da 3048-i II qrupun payına düşür.

O, vakant yerlərin sabah açıqlanacağını da söyləyib.
ATESH,AZ

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı