hemle

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL İMTAHANLARININ VAXTI MƏLUM OLDU

Tarix:7-05-2020, 18:02
Baxış Sayı:388

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur.

ONN media xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq.

Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
17:14 Amerikalı alimlər qrip və herpesdən qoruyan saqqız yaradıblar
17:09 Pulsuzluq infarkt ehtimalını dəfələrlə artırır - Elmi araşdırma...
17:05 Bakı üçün yeni təklif: Ankara və Təl-Əviv razılaşdı, növbədə Tehrandır?
17:02 Mayda bu tarixlərdə iş olmayacaq
17:00 Bu 8 QİDA qanda şəkəri tez azaldır
16:58 Külli miqdarda narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısı alındı
16:56 Azərbaycan Qərbin planlarını puç etdi - Bayramov
16:54 Sabah Bakıya yağış yağacaq - Proqnoz