hemle

Ərdoğan: "Türkiyə-Pakistan əməkdaşlığı bölgədə sülhə mühüm töhfə verir"

Tarix:Bu gün, 09:41
Baxış Sayı:445

Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq bölgədə sülhə mühüm töhfə verir. Qardaş ölkə ilə əlaqələrin inkişafında maraqlıyıq. Xüsusilə hərbi və müdafiə sənayesi sahələrində birgə layihələr bizim üçün böyük əhəmiyyət kəsb edir.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Fevral ayında Pakistana səfəri zamanı bir çox sahə üzrə 25 sənədin imzalandığını xatırladan Türkiyə Prezidenti deyib: “Qəbul etdiyimiz qərarların qısa müddətdə həyata keçirilməsi vacibdir. İnvestorlarımızı Pakistanda daha çox iş görməyə təşviq edirik”.

Onun sözlərinə görə, Şahbaz Şərif ilə danışıqlar zamanı Pakistanda fəaliyyət göstərən türk şirkətləri üçün azad iqtisadi zonaların ayrılması məsələsi də müzakirə predmeti olub.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində addımlar atacaq.

Pakistanın Baş naziri öz növbəsində Türkiyə Prezidentinin uğurlu siyasətinə diqqət çəkərək, “Ərdoğan böyük və cəsur liderdir” deyə vurğulayıb.

Şahbaz Şərif güclü iqtisadiyyata çevrilən Türkiyənin eyni zamanda böyük diplomatik təsirə malik olduğunu qeyd edib.

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar