hemle

Minatəmizləmə işi bitdi: Ermənistan bu kəndin qaytarılmasına hazırlaşır

Tarix:Bu gün, 09:58
Baxış Sayı:441

Ermənistanın Tavuş vilayətinin sərhəddəki yaşayış məntəqələrində demarkasiya prosesi ilə bağlı qeyri-müəyyənlik davam edir. Erməni sakinlər demarkasiya prosesinin hər an başlaya biləcəyini və müəyyən ərazilərin Azərbaycanın nəzarətinə keçəcəyini müzakirə edirlər.

Voskepar (Əskipara) sakini Mihran Maxsudyan Ermənistan mediasına açıqlamasında minatəmizləmə işlərinin başa çatdığını bildirib.

Lakin o, heç bir erməni məmurun kəndə gəlib sakinlərlə görüşmədiyini deyib.

“Ola bilsin ki, hakimiyyət sərhədin müəyyənləşdirilməsi ilə bağlı sakinlərin əhval-ruhiyyəsini yoxlamağa, əvvəlki demarkasiyaya qarşı çıxanları nəzarətə götürməyə, prosesin ictimai rəydə qəbul edilməsinə nail olmağa hazırlaşır. Minatəmizləmə işi bitib, amma hələ proses başlamayıb”, - o deyib.

Kirant kəndinin sakini Andranik Nazaryan da bildirir ki, onların kəndində də hələ sakitlikdir, amma hər kəs prosesin tezliklə başlayacağını gözləyir.

Tavuş vilayətinin sakini Karen Qazaryan daha öncə erməni KİV-lərinə açıqlamasında bildirmişdi ki, demarkasiya prosesində Yuxarı Əskipara (Qazaxın anklav olan üç kəndindən biri) kəndinin Azərbaycana qaytarılması planlaşdırılır. Ermənilər bildirir ki, bu baş verərsə, Voskepar kəndi və Lori bölgəsinin yuxarı hissəsi sərhəd olacaq, eyni zamanda, Açarkut kəndi üç tərəfdən sərhəd bölgəsinə çevriləcək.

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar