hemle

Ukrayna Kurskda nəyə nail olub? - Zelenski elə faktlar açıqladı ki...

Tarix:20-08-2024, 14:06
Baxış Sayı:0




Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətində 1250 kvadrat kilometrdən çox əraziyə və onlarla yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiklərini bildirib.

Prezident Ukraynanın xaricdəki səfirləri ilə görüşüb və qiymətləndirmələr aparıb.

O, Ukrayna əsgərlərinin Rusiyanın Kursk vilayətinin müəyyən bölgələrində müdafiə əməliyyatlarını davam etdirdiyini qeyd edib:

"Qüvvələrimiz 1250 kvadrat kilometrdən çox əraziyə və 92 yaşayış məntəqəsinə nəzarət edir. Biz mövqelərimizi möhkəmləndirməyə, bəzi əraziləri sabitləşdirməyə və əsir mübadiləsinin bərpasına davam edirik. Biz bir əməliyyatda çox sayda rus əsiri ələ keçirdik. Bu, mühüm nəticədir".

Zelenski Kursk əməliyyatında iştirak edən hərbçiləri ictimaiyyətə açıqlaya bilməyəcəklərini bildirib: "Qəhrəmanlarımıza hamımız adından təşəkkür edirəm. Hazırda bizim Sumi rayonu ilə üzbəüz Rusiya sərhəddi rus ordusundan xeyli təmizlənmiş haldadır. Bu, əməliyyatımızın taktiki məqsədləri arasındadır. Vladimir Putinin bizim aktiv hərəkətlərimizə qarşı öz ərazisini müdafiə edə bilməməsi isə çox təsiredicidir”.

İkinci Ukrayna Sülh Sammiti məsələsinə toxunan Zelenski, sammitin bu il baş tutması üçün hər şeyi etməli olduqlarını bildirib. O, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bildirib ki, ukraynalı diplomatlar “NATO yalnız Ukraynanın üzvlüyü ilə tamamlanacaq” anlayışını gücləndirməyə çalışmalıdırlar.

Zelenski həmçinin Qara dəniz regionundan danışaraq qeyd edib ki, bu regionun Rusiyanın hərbi təhlükəsindən azad olmasını təmin etmək üçün bütün tərəfdaşlarla birlikdə işləmək lazımdır.

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam