hemle

“EUROHOME”DƏKİ YANĞININ ZƏRƏRİNİ KİM ÖDƏMƏLİDİR?

Tarix:22-05-2020, 13:44
Baxış Sayı:401

Bir müddət əvvəl də “Diqlas” Ticarət Mərkəzi yanmışdı və Prezident İlham Əliyev sahibkarların düşdüyü vəziyyəti nəzərə alaraq, zərərçəkənlərə dövlət tərəfindən yardım göstərilməsini tapşırdı. Ancaq hər bir obyekt sahibi bilməlidir ki, müəssisəni sığorta etdirmək lazımdır.

ONN media xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov “Avrohom” (EuroHome) ticarət mərkəzinin yanması və sahibkarların üzləşdiyi çətinliklə bağlı “Yeni Müsavat”a danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycanda kifayət qədər sığorta şirkəti var və obyektlər sığorta olunmalıdır:

“Bir yandan pandemiya dövrünün problemləri meydana gəlib, bir yandan neftin dünya bazarında qiyməti kəskin ucuzlaşıb. Belə bir şəraitdə dövlətin “Avrohom” ticarətçilərinin məsələsini üzərinə götürməsi çətindir. Obyekt sahibi özü fikirləşməlidir ki, camaatın pulunu ödəsin. Başa düşürəm ki, insanlar çətin vəziyyətlə üzləşib, iş qurublar, indi əmlakları yanıb. Amma obyekt sahibi bilməlidir ki, sahibkarları dövlətlə üz-üzə qoymaq olmaz. Vaxtında obyekt tikmisən, pul qazanmısan – sığorta eləməlisən və indi həmin adamlara kömək göstərməlisən”

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir