hemle

“DTX-nın nəfsi doymayan icra başçıları ilə işi hələ uzun çəkəcək” - DEPUTAT

Tarix:1-05-2020, 22:32
Baxış Sayı:451

“Görünən odur ki, ölkə başçısının xəbərdarlıqlarından nəticə çıxarmayıb öz çirkin əməllərini davam etdirən icra başçıları çoxdur. Ona görə də Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar əməkdaşlarının işinin hələ uzun çəkəcəyi şübhəsizdir”.
Bunu Modern.az-a açqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin həbsilə bağlı danışarkən bildirib.

V.Əhmədov təəssüflə həbs edilənlərin kifayət qədər təcrübəli insanlar olduğunu diqqətə çatdırıb:

“Dünyanın çətin sınaq qarşısında qaldığı bir dövrdə, insanların koronavirus pandemiyası ilə can çəkişdiyi bir vaxtda, həmrəylik, mərhəmət nümayiş etdirmək əvəzinə, vətəndaşların ehtiyacı olan vəsaitini, onlara ayrılan ərzaq yardımını mənimsəmək nə insanlığa sığır, nə vicdana. Neftin qiyməti kəskin düşüb, Azərbaycanın dövlət başçısı durmadan çağırışlar edir, insanları çətin durumdan xilas etmək üçün bütün resursları səfərbər edib, bunlar kimi nəfsi doymayan icra başçıları da öz çirkin əməllərindən qalmırlar.

Belə bir vəziyyətdə icra başçısı yenə də bu işlərlə məşğuldursa, adam artıq deməyə söz də tapmır. Dəfələrlə xəbərdarlıq edilib, mətbuatda açıqlamalar verilib. Prezident “şəffaflığı təmin edək” dedikcə, rəhbərlikdə təmsil olunanbu cür adamlar vəziyyətdən sui-istifadə etməyə çalışırlar”.

Deputat qeyd edib ki, bu, yanlız bir-iki nəfərlə bitməyəcək:
“Gedişat göstərir ki, əksər rayon İcra Hakimiyyətlərinin rəhbərləri bu cür işləyir. Ona görə də necə deyərlər, bu xəmirin hələ çox su aparacağı gözlənilir. Amma bunun bir sonu da olacaq.
Bu gün Milli Məclisdə yeni Baş prokuror təyin edilməsinə razılıq verəcəyik. Bütün bu sistem elə işləməlidir ki, korrupsiya halları aradan qaldırılsın. Hesablama Palatasının hesabatı, həmçinin mənim korrupsiya ilə əlaqdar təkliflərim olacaq. Nə qədər korrupsiya ilə məşğul olmaq olar, nə qədər büdcəni talamaq olar, nə qədər bunlara xəbərdarlıq etmək olar?! Görünür nəfslərinə qalib gələ bilmirlər. O gün bir yaxşı ifadə işlətdilər ki, “bunların mədəsi o qədər böyükdür ki, onu doldura bilmirlər”.
Hər şey bir tərəfə, indiki pandemiya dövründə Prezident büdcədən bu qədər vəsait ayırır ki, insanlar nisbətən təminatlı olsunlar, bu tərəfdən də icra başçısı çapıb-talayır. Bu hansı insanlığa sığır?! İnsanların başına olmazın oyununu gətirirlər. Neçə rayonda plastik kart məsələsi üzə çıxıb, hələ də davam edir. Bu proses 1-2 rayonla bitən deyil. Əksər rayonlar bu vəziyyətdədir. Ona görə də prosesi daha da aktivləşdirmək lazımdır. Mən Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevə, bütün əməkdaşlarına təşəkkür edirəm ki, çevik və yerində addımlar atırlar. Korrupsiya, insanların haqqı yemək ciddi məsələ olduğu üçün ictimaiyyətin bütün nümayəndələri fikir bildirməlidir, ictimai qınaq olmalıdır”

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR