hemle

İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"

Tarix:12-08-2024, 10:30
Baxış Sayı:765

İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses qızı Dilan Çıtak tərəfindən psixoloji zorakılığa məruz qaldığını deyib.

Ifaçının sözlərinə görə, qızı Tatlısesin evinə basqın edərək söyüşlər yağdırıb.

"Mən heç kimin bu qədər sərbəst şəkildə ədəbsiz danışdığını görməmişəm. Bu mənim uşağım ola bilməz. Çünki övladlarımın heç biri yalan danışmır. Maddi vəziyyətim yaxşıdır deyir. Bəs, Nişantaşı və Bodrumdakı mağazanı və altındakı maşını kim alıb? Bodrumda yaşaması üçün ona verdiyim evi 6 milyon lirəyə satdı. Sonra başqa mənzilə köçdü. Anası üçün ayrıca mənzil də aldı. Bunları mənim icazəm və xəbərim olmadan etdi. Sonra dedim ki, iki mənzilin kirayəsini ödəyəcəksən, o iki mənzili Urfada qızlarıma vermişəm, onlara zərər verməməlisən. Bunları dedikdən sonra qiyamət qopardı. Gəlib evə basqın etdi, ağlasığmaz söyüşlər söylədi. Televizorun pultunu atdı. Mənim köhnə vaxtım olsaydı, o mənə qarşı bunu edə bilərdi?", - deyə müğənni gileylənib.

Tatlısesin açıqlamalarından sonra Dilan Çıtakın əri Levent Dörter sənətçini təkzib ediblər.

"Dilan üçün heç bir mağaza alınmayıb. Dilana mağaza açanda yalnız 1/4 hissəsini kömək ediblər. Dilanın bütün mağazaları kirayədədir. Maşını isə Dilan özü alıb", - deyə Dörter bildirib.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI